Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Sentyabrın 2-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 34 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 129, o cümlədən borclu şəxs qismində axtarışda olan 105 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.
Digər Xəbərlər

“Tik-Tok” və “Instagram”da qadınların səhifələrinə kiber hücumlar edən şəxs saxlanıldı - VİDEO

Bakıda 26 min manatlıq dələduzluq

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Polis 6,8 kq narkotik aşkarladı

Azərbaycanda gömrük nəzarətindən gizlədilən qızıl külçələr aşkarlanıb

Abşeronda 51 yaşlı qadın qətlə yetirildi - Qaynı saxlanıldı - YENİLƏNİB

Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə imiş...
