Çimnaz Sultanovanın ölüm səbəbi bilindi
Aktrisa Çimnaz Sultanovanın ölüm səbəbi məlum olub.
Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsindən verilən məlumata görə, 15.01.1980-ci il təvəllüdlü Heybətova (Sultanova) Çimnaz Mütəllim qızı dəfələrlə Bakı Sağlamlıq Mərkəzində 2021-ci ildən etibarən (4 il ərzində) altı dəfə tibbi xidmət alıb.
Onun sözlərinə görə, 2021-ci ilin mart, iyul aylarında, 2023-cü ilin iyul ayında, 2024-cü ilin aprel, oktyabr və noyabr aylarında stasionar cərrahi müalicədə olub: "İlk müraciət etdikdə qarın boşluğunun böyük ölçülü törəməsi səbəbindən bağırsaq keçməzliyi diaqnozu ilə qəbul edilib. Böyük ölçülü törəmənin kəsilib götürülməsi, bağırsaq keçməməzliyinin ləğvi əməliyyatı icra edilib. Patohistoloji müayinə zamanı “Leyomiosarkoma” təsdiq edilib. Xəstə kafi vəziyyətdə evə yazılıb və onkoloqun nəzarətinə göndərilib. Onkoloji mərkəzdə radioterapiya qəbul edib. Növbəti dövrlərdə eyni xəstəliyin qarın boşluğunun müxtəlif orqanlarına metastazı, bağırsaq keçməməzliyi, kəskin qarın əlamətləri ilə müraciət edib və cərrahi müalicələr alıb. Əməliyyatdan sonra hər dəfə onkoloqun nəzarətinə göndərilib. İkinci əməliyyatından sonra da kimyaterapiya qəbul edib".
Ç.Sultanova sonuncu müraciətində stasionar cərrahi müalicədə olunub. Əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılıb. Son günlərdə klinikamıza müraciət etməyib.
"Xəstə özü və xəstəliyi barəsində məlumatların konfidensiallığının qorunmasını tələb edib. Biz rəsmi araşdırmalarının aparılması və müvafiq ekspertizanın keçirilməsinə hazırıq", müraicətdə deyilib.
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

