adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Dekabr 2017 10:04
20409
MƏMLƏKƏT

Cii - bim ki boş - du mənim

Qarşıdanbayram gəlir. İkisi birdən. 31 dekabrda azərbaycanlılar həmrəyliklərini qeydedəcəklər. Elə həmin günün gecəsi isə 2017 adlandırılan cari il son gününüyaşayacaq. Yerini ardıcıllığa uyğun olaraq 2018-ə verəcək. Yanvarın 1-dən2018-in günləri başlayacaq.

Hər iki bayram ölkəmizdə təmtəraqlıqeyd edilir. Həmrəylik öz işini görür. Həmrəy olub həm həmrəyliyi, həm də yeniili xüsusi qeyd edirik. Hər halda bunu deməyə bizə öncəki illərdə adlarını qeydetdiyim bayramlarla bağlı gördüklərim əsas verir. Bəlkə də bu il ötənilkilərdən daha da rəngarəng olacaq, bəlkə də yox. Sözsüz ki, bunu cibimiz vəbazar müəyyənləşdirəcək. Bu səbəbdəndə cibimizi bir kənara qoyub dəftər-qələmigötürüb üz tutduq bazara. Görək bayramı indiki bazar qiymətləri ilə necə keçirəbilərik.

İlk öncə yolumuzu paytaxtımızdaucuzluğu ilə tanınan marketlərdən birinə saldıq. Bayramdırsaaşdəmlənəcək. Bəs düyü neçiyədi? Ən ucuz məhəbbəti gördük. Ucuşlaıb məhəbbət.Şeirlərdə, dastanlarda qiymətsiz təqdim edilən məhəbbətin 0,910 qramı 3 manat58 qəpikdir. Eyni çəkidə olan tamaşa 3,70, şahənşah isə 3,97 manatadır.

Bayramda yağlanmaq da lazımdı. Gərəkki, bayramdırsa bızdan yağ dama. Görünür bığ saxlamaq dəbdə olduğundan yağlarında qiyməti bu dəbə uyğunlaşıb. Vestgold 16,50, yeni zellandiya 16,30, ankor isə16 manat 90 qəpikdir. Bu qiymətlərdən sonra hər özündən deyən oğulun bığındanyağ damacaqmı, onu zaman göstərər.

Növbəti üz tutduğumuz alış-verişməkanı oldu Keşlə bazarı. Bazar sakitçilik idi. Düzünün yazsam bazarda bayramab-havası elə də hiss olunmurdu. Bəlkə də bu məvaciblərin bankomataoturmasından da asılıdır. Yəqin ki, elə sahələr var ki, hələ məvaciblərinialmayıblar.

İlk öncə ət məhsullarından başlayaq.Keşlə bazarının qarşısındakı ət bazarında da müştəri baxımından qıtlıq idi. Ammabuna baxmayaraq qiymətlər öz gücünü saxlayırdı. Qoyun ətinin kilosu 13 manat.Əgər bayramda kabablıq quzu almaq fikrinə düşsəniz onda xərciniz bir az artıqçıxacaq, yəni kiloya 14-15 manat. Bu fərq quzunun hansı regiondan olması iləəlaqədardır. Beyləqan quzuları liderliyi qoruyur. Əgər bayram günlərininbirində kəlləpaça yemək istəsəz təmizlənmiş qoyun baş və ayağı 10 manat. İçalatisə 7 manat. Mal ətinin kilosu hələki 11manat 50 qəpik olaraq qalır.

Fərə hinduşka həmişəki kimi xoruzdanbərk gedir. Söhbət qiymətdən gedir. Fərə hinduşkanın kilosu 13 manata təklifedilir, xoruz isə 10 manata. Xoruz olub dik-dik gəzməklə deyilki...

Bayramdakönlün balıq istədisə, day quyruğunu suya sallama.Suda balıq qalmayıb. Quyruğunu cibinə sal. Çünki Xəzər də day o Xəzərdeyil. Balıqlardan sazanın kilosu 9 manat, belamurun kilosu isə 8 manatdır.

Toyuğunkənd toyuğu olduğunu söyləyənlər qiymətini 6 manat dedilər. Amma bu qiymətə vətoyuğa şübhəli qaldım. Çünki toyuqların ayaqları kənd toyuqlarının ayağı kimirəqqasə ayaqlarına oxşamırdı. Həm də kənd toyuğu 6 manata özünü kəsdirməz.Burda nəsə bir əmma var.

Aşındüyüsün marketdən almışdıq. İndi görək yan-yörəsi neçədi. Heç zad -ərik 10manat, şabalıd 12 manat, gavalı 7 manat.

Bayramdakıfındıq, qoz üstündən də halının stabilləşdirməkdən ötəri kişmiş yemədinsə day nooldu.Ona görə də hesabınızı bilin. Qoz 16 manat, fındıq isə 13 manat. Nəzərə alınki, bu, qozla, fındığın təmizlənmiş qiymətləridi. Alıb evdə ha təmizliyəsideyilik ki. Axı bayramdı. Kişmişdə ki nə az, nə çox 10 manat. Özü də qapqara.

Növbəgəldi çobana. Çoban da bayram keçirməlidi, ya yox? Bayram da çobansız olar? Birçoban salatı düzəltsək gərək ki, xiyarın kilosunu 6 manata, pomidorun kilosunuisə 5 manata alaq. Göyün üzünü hələki buludlar almayıb. Alsaz, siz alarsız - 4dəstəsi 1 manata.

Bazardameyvələr göz oxşayır. Par-par parıldayırlar. Üstünü elə silirlər ki, işıltısıgöz qamaşdırır. Qiymətləri isə göz bərəldir. Almanın sadəsi 3 manat, qızıllısıisə 5 manat. Armud elə 5 manat. Heyva 2.50-i. Əgər Ordubaddan gəlibsə, 6 manat.Nar 5 manat. Mandarin 4, portağal 3 manat. Banan 3 manat, kivi 3 manat.Ananasın biri isə 6 manat. Ən zərbəçi isə feyxoadı - kilosu 11 manat.

Songöstərəcəyimiz qiymət isə limonun olacaq - 4-ü 1 manat. Yaxşı təzyiq salır.Yazının sonuna çatsanız ölçmək məsləhətdi.

Bayramlarınız mübarək!