Çingiz Xanın məzarı haradadır?
1. Xanlar xanı Çingiz xanın məzarını Moğol imperatorluğunun dörd bir yanında axtarırlar. Belə bir fərziyyə də var ki, guya moğollardan bu məzarın tapılmasını istəməyənlər var.

2. Çingiz xan 1227- ci ildə Tanrıya qovuşub və elə həmin ildən bəri qeyb olmuş məzarını nə qədər axtarsalar da, tapılmayıb.

3. Deyilənə görə, xanın məzarı tapılarsa, dünyanın sonu olacaq. Həm də tarixi faktdır ki, Çingiz xan məzarının itməsini istəmişdir. Bəzi alimlərin fikrincə, Çingiz xana olan sevgimizə görə Onun məzarı axtarılmamalıdır.

4. Monqolustan böyük bir əraziyə malikdir, əhalisi isə çox azdır. Çöllü-biyabanlıqda təbii ki, məzarın tapılması da çətindir.

5. Yaponlarla Moğollar qrup halında Çingiz Xanın doğulduğu Hentiy bölgəsində daha çox axtarış aparıblar. 1990-cı ildə ölkədə olan Demokratik İnqilab nəticəsində axtarış yarımçıq qalıb.Məzarın hələ tapılmamasınınsəbəblərindən biri də bu idiki, Xalq bu axtarışlara etiraz edirdi.

6. Bu axtarışlara rəhbərlik edən Doktor Erdenebaatar 2000-ci ildən bu tərəfə, MonqolsutanınArxangel bölgəsində, Hun xanlarının iki min illik məzarlığında qazıntı işləri aparıb. Çingiz Xan Hunların Moğolların atası olduğuna inanırdı. Erdenbbatorun fikirinə görə, Xanın məzarıda onlarınkına bənzəyə bilərdi.

7. Hun Xanları 20 metr dərinlikdə basdırılır. Üzərində isə daşlar düzülərdi. Alimin ilk məzarının qazması10 il sürüb. Oranın əvvəlcədə kimlərsə tərəfindənsoyulmasına baxmayaraq qazıntı zamanı Çin at-arabası, romalıların şüşə əşyaları və çox sayda digər metallar tapılıb.

8. Universitetin arxeologiya muzeyində qızıldan və gümüşdən olan heykəlciklər və bunların üzərində dəbəbir və təkbuynuzluat oymaları var. Bu rəmzlər həm Çingiz xanın dövründə, həm də sonrakı zamanlarda Türklər tərəfindən istifadə olunub.

9. Belə mülahizə də var ki, Çingiz xanın məzarında onun imperatorluq etdiyi ərazidən toplanan xəzinələr də var.Məhz buna görə də bütün dünya ölkələri bu məzarın tapılmasında maraqlıdır.

10. Şübhəsiz ki, Hun xanlarının 20 metr dərinlikdə basdırılması ənənəsi təbii ki, məzarın tapılmasını çətinləşdirir.

11. Belə bir ehtimalda var ki, Çingiz xanın məzarı Ulan-bator şəhərinin 160 km şimali-şərqində yerləşən Hentiy sıra dağlarının Burhan Haldun təpəsindədir. Amma bu iddiyaya qarşı çıxanlarda var. Başqa bir ehtimala görə, məzarın yerinin itməsi üçün üzərində min at gəzdirilib. Bu ehtimalda məzarın həmin Vadidə olduğuna işarə verir. Amma Çingiz xan bir dağda dəfn edilməsini vəsiyyət etmişdir. Buna görə BurhanHaldun dağı məzarın olduğu yer kimi qəbul edilir.

12. YUNESKO Hentiy Han bölgəsini dünya mirası siyahısına salıb, qoruma altına aldığına görə, bu bölgədə araşdırmalar qadağan edilib, bu səbəbdən dəxanın məzarının tapılması havadan asılı qalıb.

13. Bəs Monqolustan niyə istəmir ki, məzar tapılsın? Çünki Çingiz xan ölkənin ən böyük Milli Qəhrəmanıdır. Qərb onu işğalçı kimi xatırlayarkən moğollar onu Ataları kimi yada salır.

14. Moğal İmperatorluğu Şərq ilə Qərbi bir-birinə bağlamışdır. İpək yolunu canlandırmışdı.Diplomatik toxunulmazlıq və dil azadlığı onun hakimiyyəti illərində başladı. Onun dönəmində etibarlı poçt xidməti və kağız puldan istifadə başladı. Yəni Çingiz Xan sadəcə dünyanı ələ keçirməklə qalmadı, dünyaya bir mədəniyyət də gətirdi.

15. Bütün bunlara görə dünyada ona böyük bir sayğı var, xüsusilə, moğollar onun məzarına toxunulmasını istəmirlər. Məşhur Alim Uelun bu məsələ haqqında belə deyib: "Məzarını tapılmasını istəsəydi, bir işarə buraxardı.”



Bakı -°C

