Çində güclü yanğın, 8 nəfər ölüb
Çinin Yunnan vilayətində yaşayış binasında yanğın olub.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 8 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hazırda təhqiqat aparılır. Yanğının səbəbi məlum deyil.