Çində COVID-19 xəstələrinin karantinə alındığı bina çökdü - YENİLƏNİB
Xilasedicilər Çinin Fujian əyalətində çökmüş hotelin dağıntıları altından 50 nəfəri çıxara biliblər.
Bu barədə RİA "Novosti” yerli mediaya istinadən xəbər verir.
Lakin onlardan ikisinin öldüyü bildirilir.
Çində karantində olan COVID-19 xəstələrinin qaldığı beşmərtəbəli hotel çöküb.
Dağıntılar altında ən azı 70 nəfərin qaldığı, bu ana qədər 28 nəfərin xilas edildiyi deyilir.
"South China Morning Post” qəzetinin xəbərinə görə, binanın çökmə səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, COVID-19 epidemiyasının yayılması səbəbi ilə Çində, xüsusilə də Hubey əyalətində bir sıra iaşə obyektləri funksiyasını dəyişdirərək xəstəxana kimi fəaliyyət göstərir. Çökən hotel binası da belə obyektlərdən biridir.
Digər Xəbərlər
05 May 2024 19:51
Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi
05 May 2024 15:02“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 09:55Türkiyədə Bizans dövründən qalmış kilsə ibadət üçün müsəlmanların ixtiyarına verildi
05 May 2024 09:54İsrail ordusu “İslami Cihad”ın komandirini məhv etdi
05 May 2024 09:45