adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Avqust 2018 16:00
9938
DÜNYA

Çində alüminium zavodunda partlayış

Çində alüminium zavodunda partlayış baş verib.

Adalet.az-ın  məlumatına görə, hadisə Szyansu vilayətinin Usi şəhərində qeydə alınıb.

Partlayış nəticəsində sexlərdən biri tamamilə dağılıb, 5 nəfər ölüb, bir nəfər xəsarət alıb.

Yaxınlıqdakı binaların şüşələri sınıb.

İnsidentin səbəbləri araşdırılır. Ərazidə axtarış-xilasetmə işləri aparılır.