adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 May 2017 18:56
9325
MƏMLƏKƏT

Çinarlar şəhərindən REPORTAJ

...Bu səliqəli, bu yaraşıqlı şəhər hələ şirinyuxudadır. Mərkəzi küçələrin gecə işıqları ətrafdakı ağacların kölgəsiniyollardan, səkilərdən də uzaqlara çəkib aparır, nağılvari bir görüntü yaradır.Çoxmərtəbəli binalarda, həyət evlərində də tək-tək işıqlar sayrışır. "Gecətaksiləri”nin də özünəməxsus müştəri axtarışı gözə dəyir hərdənbir. Gecə dəolsa şəhər həyatıdır, bunlarsız olmaz. İşıqforların dəqiqələrə bölünmüşyanıb-sönməsi hərəkətsiz küçələrin bir azdan canlanacağını xəbər verir.

... Ancaq alatorana yaxın yatmayanlar, iş başındaolanlar da var. Bu insanlar qrafik üzrə binalardan, həyətlərdən küçələrəqoyulmuş tullantıları sakitcə maşınlara yükləyərək şəhərdən kənara məxsusizonaya daşımaqla məşğuldurlar. Şəhərin park və bağları, küçə və meydanları,hətta mərkəzə yaxın bir sıra yerləri də süpürülüb təmizlənir, çinarlarşəhərinin gözəlliyinə layiq səliqə-səhman yaradılır. Bu zəhmətkeş insanlaryayın qızmarında da, qışın soyuğunda da hər gün beləcə iş başında, doğmaşəhərin xidmətindədirlər.

İndi də soyuqdur, yanvar gecəsidir axı! Bu şaxtalıgecədə üşüyən küçələri, ağacları, bağ-bağçaları bu zəhmət adamlarının əllərinintəravəti, qəlblərinin istisi sanki bir az cana gətirir, şəhərdə ilıq bir aurayaradır. Adama elə gəlir ki, gecənin qaranlığında sayrışan ulduzlar da buşəhərə, bu insanlara qovuşub hər yana, hər yerə sevinc bəxş etmək istəyirlər.

Alatoran... Sonra şəhərin yavaş-yavaş işıqlanması,sonra günəşin uzaqlardan boylanması, sonra şəhərin canlanması, yeni bir günün başlanğıcı.Çinarlar şəhəri özünün hər səhərini beləcə təmiz, səliqəli, xoş ovqatlıyaşayır. Bu düzəni, bu əhval-ruhiyyəni şəhərə, sakinlərə bəxş edənlər haqqındahamının fədakar bir məmur kimi tanıdığı Loğman Əliyev daha korrekt fikirsöyləyir. Göyçay Rayon İcra Hakimiyyətinin Sanitar Təmizlik idarəsinin rəisiLoğman Əliyev görüşümüz zamanı deyir:

-Bu insanları ki,gördünüz və yenə də görəcəksiniz, onların hər biri – fəhləsindən, xadiməsindən,sürücüsündən tutmuş, hamısı özlərinin əziyyətli və çətin peşələri ilə əslsevgiyə, hörmətə layiqdirlər. Çoxları bilmir ki, bizim iş günümüz saat neçədənbaşlayır. Hər gün gecə saat 4-dən bütün şəhəri təmizləyib sakinlərə xidmətgöstərmək bizim kollektivin iş və həyat tərzidir. Tullantıların daşınması ənuzağı səhər saat 8-ə kimi başa çatdırılmalıdır və biz hər dəfə buna nail olmağaçalışırıq. Bundan sonra da şəhər ucqarlarında iş davam edir. Eyni zamanda paralelolaraq növbətçilərin fəaliyyəti, fasilədən sonra şəhərin ayrı-ayrı küçə vəməhəllələrində bir sıra maarifləndirici-nəzarət tədbirləri həyata keçirilir.Hörmətli icra başçımız Mehdi Səlimzadənin "Şəhərin gözəlliyi onun təmizliyindənbaşlayır, bunu heç vaxt unutmayın” istiqamətli tapşırığı məsuliyyətimizi dahada artırır. Belə bir iş üsulu ən müasir şəhərlərə xas olan fəaliyyətmexanizmidir. Biz cənab başçının göstərişinə əsasən fəaliyyətimizi buistiqamətdə təkmilləşdirmişik. Müasir tələblərə uyğunluğu və effektliyi də gözqabağındadır...

Doğrudan da,ən gözəl, ən yaraşıqlı şəhər ilk öncətəmizliyi ilə bu ada layiq olar. Çünki bu sinonimlər özündə bütöv bir ovqatı vətəntənəni yaşadır.

Çinarlar şəhəri özünün keçmiş şöhrətini daha geniş,daha möhtəşəm məzmunda yaşamaq əhvalındadır. Şəhər keçən ilin yazından ənvacib, ən müasir kriterlərə uyğunlaşmaqdadır.Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin az vaxtərzində əhalinin rəğbət və hörmətini qazanması məhz buradan başlanır. Rayonaaid bütün məsələlərdə ağsaqqallarla, ziyalılarla, veteranlarla görüşübmüzakirələrə təşəbbüs göstərməsi həm də bir sadəlik nümunəsi kimi təqdirolunur.

Rayonda çox işlər görülür. Biz vaxtaşırı bütün butədbirlər haqqında söhbət açıb oxucuları məlumatlandırırıq. Heydər Əliyevprospektində yerləşən parkın daha da genişləndirilməsi, ulu öndərin adınıdaşıyan o istirahət ocağının prospekt boyu şəhərə bənzərsiz gözəllik və əzəmətbəxş etməsi bütün göyçaylıların arzusudur. Eyni zamanda bayraq muzeyinin vəbayraq meydanının daha mükəmməl quruluşu.

Perspektivdə olan və artıq startı verilən tədbirlərdənbirini xüsusi vurğulamaq və ideya müəllifinə təşəkkür etmək lazımdır. Təbiiki,rayonda sosial-iqtisadi və mədəni yüksəliş tədbirləri AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin tələb və istəkləri səviyyəsindəaparılır. Ancaq bu siyasətin həyata keçirilməsində səmimi bir dəst-xətt,vətənə, xalqa, ölkə rəhbərliyinə sədaqət nümunəsi indiki halda xüsusi mənadaşıyır. Bu günlər hamı, hətta Göyçaydan kənarda yaşayanlar da eşitdikləri birəhvalata xüsusi maraq göstərirlər. Doğrudan da bu bir əhvalatdır elə. Çünkionillərlə diqqətdən kənarda qalmış bir parkın, görkəmli Azərbaycan şairi ƏliKərimin adını daşıyan bir məkanın indi yeni bir düzəndə bərpa edilməsinəbaşlanılması rayon sakinləri üçün böyük hədiyyədir. Özü də bu xoş məramlıtədbirin nüvəsində o qədər incə məqalar düşünülüb ki...

İndi də yolumuz elə Əli Kərim adına şəhər istirahətparkınadır. Artıq ilk işlərə start verilibdir. Sağ tərəfdə keçən ilin oktyabrayında yenidən qurulmuş şəhər stadionunun tribunaları və yaşıl meydanı uzaqdangöz oxşayır. Qış fəsli olmasına baxmayaraq gənclər burada həvəslə sevdikləriidman növləri ilə məşğuldurlar.

...Parkın girəcəyindəki qapı sökülüb, müasirtələblərə cavab vermədiyi üçün. Əli Kərimin abidəsindən üzü yuxarı sağ-solsəkilər də sökülüb kənarlaşdırılır. Öyrənirik ki, burada bütün tikindi-abadlıqişləri daxili imkanlar hesabına görülür. Rayonun baş memarı İntiqam Süleymanovsöhbətimiz zamanı deyir ki, burada 440 kvm sahəyə ən müasir formalı döşəməüzlük vurulacaq, səkilərin kənarlarına 900 pm yeni dizaynda bardur düzüləcək.İşıq dirəklərinin hamısı dəyişdiriləcək. Təbii ki, ən yaxşıları ilə. 20 ədədəlavə oturacaqlar da parka gələnlərin rahat istirahəti üçündür. Burada ana vəuşaq kafesi, stolüstü oyunlar, uşaqlar üçün karusel və digər əyləncəavadanlıqları, mədəni guşələr fəaliyyət göstərəcək.

20 Yanvar, Qarabağ döyüşləri şəhidləri vəAzərbaycanlıların Soyqırımı abidəsi kompleks halında bir-birini tamamlayacaq.Ən başlıcası respublikada ilk dəfə olaraq bir rayon mərkəzində Fəxri xiyabansalınacaq. Parkda dəfn olunmuş Əli Kərimin, İsgəndər Coşqunun və Əli Səmədlininməzarları ailələrinin razılığı ilə həmin Fəxri xiyabana köçürüləcək. Özü dəyeni məzarüstü görkəmdə. Bu tədbirin həyata keçirilməsi dini-əxlaqi baxımdan daçox uğurlu bir addımdır. Rayon ağsaqqaları və ziyalıları bu məsələyə görə icrabaşçısına xüsusi minnətdarlıq edirlər. Bütün bu məsələlərin – istər parkın yenihəyatı, istərsə də Fəxri xiyabanın qurulması Göyçay sakinləri üçün böyük mənəvidəyər və rahatlıqdır. Burada bəzi nüanslar da var ki, zamanında bunu daha açıqvə minnətdarlıq hissi ilə qələmə alacağıq.

Ancaq indiki halda bir məqamı ayrıca olaraq qeydetməsəm, bunu özümə bağışlamaram. İndiyədək əlində imkan və imtiyazı olan heçbir rəhbər işçi tərəfindən böyük Əli Kərimin və Göyçay şəhidlərinin ruhuna budərəcədə həssaslıqla yanaşılmayıbdır. Bütün məsələlərin düzgün həllibaxımından. Elə şair özü də vaxtında gözəl demişdi: "Qayıt, yerinə qoy ayı,günəşi...”.

Bu işlər, bu cür yanaşmalar heç vaxt yaddançıxmayacaq, çünki insan daha çox əməlləri ilə yaşayır və ucalır.

P.S. Göyçay Rayon İcra Hakimiyyətinin başçısı MehdiSəlimzadənin Əli Kərim parkının yenidən qurulması ilə əlaqədar başqa bir maraqlıplanı da var. Mən bunu tam açıqlamasam da, indidən deyə bilərəm ki, əgər buistək reallaşarsa, o zaman rayonun bütün poeziya və musiqi həvəskarları dahasevincli və qürurlu anların şahidi olacaqlar.

Allahın köməkliyi ilə bu xoş məramlı gözəl niyyətində yolu işıqlanar...

MƏZAHİR ƏHMƏDZADƏ