adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 May 2018 14:19
19008
İDMAN

ÇAKIR TÜRKİYƏNİN HEYFİNİ ALMANİYADAN ALDI

«Real»la «Bavariya»nınoyununda Cüneyt Çakır «Real»ın qapısına 200 faizlik penaltini verməyəndə məni bir dəli gülmək tutdu. Əvvəla, niyə 200 faiz, onaaydınlıq gətirim: həm penalti, həm də qırmızıkart verilməliydi, bu da eləyir 200 faiz.Və nəyə güldüm? Yadıma «Axırıncı aşırım»filmindəki məşhur kəlam düşdü: «Qurban olumŞura hökumətinə ki, Kərbəlanın heyfini Nikolay padşahdan aldı».

İndi qurban olumCüneyt Çakıra ki, Türkiyənin heyfiniAlmaniyadan və almanlardan aldı. Son zamanlar Almaniya Türkiyəyə çox kəllə atır, referendumda da türksiyasətçilərini Almaniyaya buraxmırdı, indidə bəyan edib ki, cümhurbaşkanlığı seçkiləriilə əlaqədar heç bir türk siyasətçisiAlmaniyada yaşayan türklərlə (sayı5 milyondan çoxdu) görüşüb təbliğat apara bilməz.

Di gedin, nemes uşağınemeslər, həsrət qalın Çempionlar Liqasınınkubokuna. Siz bizi Almaniyaya buraxmazsız, biz də sizi futbolda məhv edərik,fıştırığın birini az verərik yanıb-tökülərsiz.

Yəqin Almaniyadayaşayan türklər Çakırın nəsil-nəcabətini yad edərək səhərədək rakı içiblər.