adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Noyabr 2017 16:39
10885
MƏMLƏKƏT

CEYRANBATANDAN BAKIYA…

Hər bir yaşayış sahəsinə, qəsəbəyə avtobus işləyəndə təbii ki,onda həmin sakinlər bir o qədər də nəqliyyatproblemi ilə üzləşmirlər. Yəni başqasözlə demiş olsaq, əgər avtobus hər hansıqəsəbəyə işləyirsə, ora getmək və ordan geri qayıtmaq heç də çətin deyildir. Təəssüflə deməliyik ki,elə yaşayış sahələri var ki, Bakıdan oramarşrut xətti yoxdur. Və bu marşrutxətti olmayanda da aydındır ki, sərnişinlərdə min bir əzab-əziyyətlə qarşılaşırlar.

Belə yaşayış sahələrindənvə qəsəbələrindən biri də Abşeron rayonunun Ceyranbatanqəsəbəsidir. Bu qəsəbənin sakinləri hər güncəhənnəmi gözləri ilə görürlər. Yənionlar qəsəbənin o başından bu başına qədərpiyada gəlir, Sumqayıt-Bakı avtobuslarını gözləyir və ona minib şəhərə gəlirlər. Belə bir şəraitlə qarşılaşmaq və üzləşmək sakinlərüçün sözün həqiqi mənasında çox çətindir. Belə ki, onlar yenə isti havalarda bu vəziyyətəbirtəhər dözürlər. Vay o gündən kiyağış yağa, şaxta düşə, qar ola. Bax,onda o sakinlərin gününə bir qoca arvad lazımdır ki,dəsmal götürüb ağı deyib ağlasın.

Ceyranbatan sakini,70 yaşlı Fatmanisə Əhmədova bizimlə söhbətindəürəyini açıb boşaldaraq dedi ki, ay oğul, bu ahıl vaxtımda Bakıya həkimə getməliyəm. Xəstə olmasam şəhərdə nə itimazıb, qaxılıb oturaram xarabamda. Amma xəstəxanayagetməliyəm, həkim də müayinə etməli, mənəmüalicə yazmalıdı. Bax belə haldayıxıla-yıxıla, dura-dura Bakıya gedirəm. Görəsən bu vəzifəli adamlarıninsafı yoxdur ki, elə CeyranbatandanBakıya bir avtobus marşrutuaçsınlar? Biz də rahat minib şəhərəgedək. Vallah, bilmirik dərdimizi kimə deyək.40 qəpik əvəzinə 1 manat 20 qəpikpul verməliyəm.

75 yaşlı Cəfər kişidə daş atıb marşrut sarıdan başını tutdu. O da gileyli-gileyli dilləndi ki,vallah, bu Ceyranbatanın yiyəsi yoxdu. Yiyəsiolsaydı, başqa qəsəbələr kimi burdan da Bakıya marşrutxətti işləyərdi. Biz yağışda, qarda zığı, palçığı ayaqlaya-ayaqlaya gəlib Sumqayıtyoluna çıxırıq. Gözləyirik ki, görəsən Sumqayıt-Bakıavtobusu nə vaxt gələcək. Sürücü də avtobus dolu olsa saxlamayacaq, boş olsa yenə birtəhərminib gedəcəyik. Axı böyük bir qəsəbəyə buqədər zülm eləmək olmaz. Özüm təqaüdçü adamam, gündə də Bakıya gedib-gəlirəm.40 qəpik əvəzinə, 1 manat 20 qəpikniyə avtobusa pul verməliyəm? Təqaüdumləgüclə dolanıram. Bilmirəm, dava-dərmana pulverim, yoxsa kommunal xərclərə. Hələ mənyeyib-içməyi, əyin-başı demirəm.

Ceyranbatan sakinləri ilə söhbət zamanı öyrəndik ki, bir vaxtlar qəsəbədən Bakıya avtobus marşrutu varmış. Amma camaat minmədiyinə görə o marşrut ziyanla işlədiyi üçün sonradan fəaliyyətinidayandırıb. Marşrut fəaliyyətini dayandırandan sonra indi ceyranbatanlılar qalıblar odla-su arasında. Bir az canı sulu adamlar Bakı-Sumqayıt yoluna çıxır və ordanda avtobusa minib şəhərə gedir. Ahıl və xəstə adamlar isə olmazın əziyyətləri ilə üzləşməliolurlar.

Biz ceyranbatanlılarınavtobusla bağlı narazılıqlarını və gileyləriniəlaqədar qurumun nəzərinə çatdırırıq.Yəni onların dediklərini, istəklərini birdaha vəzifəli şəxslərin diqqətinə yönəldirik.Düz sözə nə deyəsən? Onlar 40 qəpiklik yolaniyə hər gün 1 manat20 qəpik pul verməlidirlər? Yəqinki, əlaqədar qurum qaldırdığımızbu məsələni gündəmdə saxlayacaq və problemi qısa zamankəsiyində həll edəcəkdir. Elə ceyranbatanlılar da bu şad xəbəri gözləyirlər.

FAİQ QİSMƏTOĞLU