adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Mart 2020 12:44
11704
MƏMLƏKƏT

Ceyhun Rzayev: "Ölkədə hamının pulu var məndən başqa"

3-4 gündü dollar almaq üçün banklarda növbəyə dayanan insanların şəkillərini paylaşırlar. Əla mənzərədi. Ölkəmizdə ehtiyat üçün tədarük görən, yastığının altına pul yığan insanları görmək sevindirir məni. Bir iş var ki, bütün şəkillərə diqqətlə baxır, zoom edib onları seçməyə çalışıram. Bilmək istəyirəm ki, aralarında mənə "sən öl, özüm ölüm yoxdu", "balalarımın canı özüm noldayam", "ölənlərimin urfu haqqı özüm pul axtarıram" deyənlər var, ya yoxdu.