Ceyhun Bayramovla Lavrov bu məsələləri müzakirə ediblər - YENİLƏNİB
Aprelin 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Adalet.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət, humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi baxımından ali və yüksəksəviyyəli səfərlərin, qarşılıqlı təmasların əhəmiyyəti vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən üçtərəfli, dördtərəfli formatlar çərçivəsində əməkdaşlığın faydalı olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***15:38
Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüş keçirib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilir ki, görüş zamanı nazirlər ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, iqtisadi-ticarət, humanitar və təhsil aspektlərini müzakirə ediblər.
Tərəflər həmçinin regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıb.
***15:08
Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüş keçirir.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Digər Xəbərlər
26 Mart 2026 13:00
"Naxçıvanla nəqliyyat əlaqələrinin brəpası Orta Dəhlizin səmərəliliyini artıracaq" - Spiker
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07


Bakı -°C

