Ceyhun Bayramov İtaliya xarici işlər nazirinin müavini ilə görüşüb
13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliya Respublikasının ölkəmizdə səfərdə olan xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli arasında görüş keçirilib.
XİN-dən Adalet.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli çərçivədə mövcud əməkdaşlıqdan məmmunluq ifadə olunub və iki ölkə arasında siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, energetika, humanitar, təhsil və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin perspektivlərindən bəhs olunub. Xüsusilə, enerji və təhsil sahələrində birgə layihələrin, İtaliya-Azərbaycan Universitetinin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Bu gün Bakıda keçirilmiş Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının uğurla tamamlandığı, əldə olunmuş razılıqların iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.
Tərəflər həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın cari vəziyyəti, o cümlədən enerji və nəqliyyat layihələrində, alternativ enerji layihələri ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər müzakirə olunub.
Eyni gündə, Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, İtaliya tərəfdən isə nazir müavini Edmondo Çirielli rəhbərlik edib.
Digər Xəbərlər
12 Mart 2026 23:27
İsveçrəli nazir Azərbaycana təşəkkür etdi
12 Mart 2026 16:23
Müctəba Dəmirçilu Azərbaycana təşəkkür etdi
12 Mart 2026 16:14
Azərbaycan davamlı olaraq çoxtərəfliliyi dəstəkləyir - Hikmət Hacıyev
12 Mart 2026 15:03
İlham Əliyev Fərman imzaladı
12 Mart 2026 14:58
İlham Əliyev XIII Qlobal Bakı Forumunda - YENİLƏNİB
12 Mart 2026 14:57
Azərbaycan-Avropa İttifaqı: tərəfdaşlığın fəal mərhələsi
12 Mart 2026 14:34
"Avropa İttifaqının əsas prinsipləri təhdid altındadır" - Şarl Mişel
12 Mart 2026 14:27


Bakı -°C

