Ceyhun Bayramov ilə Hakan Fidan Suriya məsələsini müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, post-münaqişə dövründə bölgədə vəziyyət, Yaxın Şərqdə, xüsusilə Suriyada mövcud vəziyyət, habelə digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
"Tərəflər ATƏT-in Nazirlər Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində aparılan danışıqlar və müzakirələr ətrafında fikir mübadiləsi aparıblar. Ceyhun Bayramov təcrübəli türk diplomatı olan Feridun Sinirlioğlunun ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində Təşkilatın baş katibi kimi yüksək vəzifəyə təyinatı münasibətilə Türkiyə tərəfini təbrik edib, bu böyük nailiyyətin tərəfimizdən böyük sevinclə qarşılandığını diqqətə çatdırıb. ATƏT-in baş katibi F. Sinirlioğluna məsuliyyətli fəaliyyətində uğurlar arzulanıb", - məlumatda qeud olunub.
Məlumata əsasən, telefon danışığı çərçivəsində tərəflər, həmçinin regional məsələlər, Suriyada son vəziyyəti ətraflı müzakirə ediblər.
Azərbaycanın Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi, habelə yaranmış böhranlı vəziyyətin tezliklə Suriya xalqının maraq və iradəsinə əsaslanan həllini tapmasına dair ümidvarlıq ifadə olunub.
Digər Xəbərlər

“PostEurop” təşkilatının Baş Assambleyası gələn il Azərbaycanda keçirilə bilər

Sahibə Qafarova: Azərbaycan qadınların hüquqlarının qorunmasına tam sadiqdir

Aİ komissarı sabah Azərbaycana gəlir

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

Qazaxıstan Prezidenti Allahşükür Paşazadəni qəbul edib

İlham Əliyev Donald Trampa təşəkkür etdi

“Dövlət başçımız münasibətləri həmişə çoxşaxəli, dərin, səmimi qurur”
