“Cəsur ürək” yenə ermənilərin oyuncağıdır: Müqəddəs Gevork kilsəsində...
“Cəsur ürək” filmindən sevib bəyəndiyimiz Vilyam Volos rolunun mahir ifaçısı, məşhur amerikalı aktyor və rejissor Mel Gibson yenə ermənilərin əlində oyuncağa dönüb.
Adalet.az xəbər verir ki, Mel Gibson Kaliforniya ştatında Surb Gevork (Müqəddəs Gevork – red.) erməni kilsəsini ziyarət edib. Erməni icmasının nümayəndələri sənətçi ilə fotosunu dərc ediblər. Fotolardan görünür ki, aktyorun ziyarəti ermənilərin ürəyincə olub. Yeri gəlmişkən, hələ 2020 -ci ildə 44 günlük müharibə zamanı Ermənistana dəstək olan aktyorun fikirləri bütün ermənilərin ürəyinə “məlhəm” oldu: "Ermənistanda və Qarabağda baş verənlərə görə çox məyus oldum. ABŞ-da çoxlu erməni dostlarım var və onlar mənə özlərinin itkiləri barədə məlumat verdi. İstəyirəm ki, bu müharibə tezliklə sülhlə bitsin və güclü dövlətlər bu məsələyə qarışsınlar".
Qeyd edək ki, Gibson əvvəllər daha ədalətli hərəkət edib. Beləki, 2009-cu ildə Gibson ermənilərin qondarma “erməni soyqırımı” haqqında çəkmək istədikləri “Musa dağında 40 gün” adlı filmdə çəkilməkdən imtina etmişdir. Aktyorun bu qərarı qəbul etməsinə səbəb onun çoxsaylı etiraz məktubları alması olmuşdur.
Xatırladaq ki, Hollivudun digər məşhur kino ulduzu Silvestr Stallone də həmin filmdə çəkilmək istəyirmiş. Lakin aktyora Əsassız Soyqırımı İddialarına Qarşı Türk Assosiasiyasından (ASİMED) 3 min elektron məktubun göndərilməsi onu bu filmə çəkilmək qərarından daşındırmışdır.
Əntiqə Rəşid
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

jpg-1675159030.jpg)
