adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Sentyabr 2019 10:24
17829
SİYASƏT

Cənubi Koreyanın səfirliyinə gülləli təhdid məktubu gəlib

Güllə ilə təhdid məktubu Cənubi Koreyanın Yaponiyadakı səfirliyinəgöndərilib.

Adalet.az "RİA Novosti”əistinadən xəbər verir ki, anonim göndərilən məktub Koreya Respublikasınaünvanlanıb. Məktubu göndərən şəxs atəşli silahının olduğunu və koreyalıları təqibedəcəyini yazıb.

Məlumata görə "Koreyalılar, ölkəmizdən rədd olun!” yazılan məktubun zərfindəhəmçinin bir güllə də olub.

Təxmin edilir ki, bu insident Yaponiya və Cənubi Koreya arasındakı soniqtisadi sürtünmələrdən sonra iki ölkə arasında münasibətin pozulması üçünedilib.