adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Yanvar 2021 19:20
31166
İQTİSADİYYAT

Cənub Qaz Dəhlizi Azərbaycanın iqtisadi inkişafını təmin edəcək - ABŞ səfirliyi

ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycanı Cənub Qaz Dəhlizi layihəsinin icrasının yekunlaşması ilə bağlı təbrik edib.

Adalet.az  xəbər verir ki, bu barədə səfirliyin "Twitter" hesabında bildirilib.

Qeyd edilib ki, Cənub Qaz Dəhlizi Azərbaycan qazının birbaşa olaraq Avropaya çatdırılmasını təmin edir və eyni zamanda, Azərbaycanın iqtisadi inkişafına şərait yaradır.

"ABŞ hər zaman davamlı olaraq Azərbaycanın Avropanın enerji təhlükəsizliynə töhfəsini dəstəkləyir"- deyə, məlumatda vurğulanır.