adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Oktyabr 2016 12:08
59006
MÜSAHİBƏ

“Cənnətin rəngi yaşıldır”

Rəssam Fərhad Heydərli rəssamlığın ali bir məqamolduğunu, yəni Allahın yaratdıqlarının əksi, epizodik təsviri sənəti olduğunudeyir. Tiflisdə təhsilini alan rəssamın əsərləri Estoniyada, Tiflisdə nümayişolunub.

Adalet.az rəssam Fərhad Heydərli ilə müsahibəni təqdimedir:

- Fərhad müəllim, rəssamlıqla nə vaxtdan məşğulsunuz?

- Tiflisdətəhsil aldığım müddətdə rəssamlığa meylim olub. Təxminən ikinci sinifdəmaraqlanmışam. Ağ vərəqə insan şəkilləri çəkirdim. Deməli, bir gün Səttar Bəhlulzadəbizə qonaq gəlmişdi. İşlədiyim rəsm əsərlərini ona göstərdim, çox xoşuna gəldiyinidedi. Mən onda Gürcüstanda oxuyurdum. Dedi ki, Bakıya gəl. Məktəbi bitirdikdənsonra Bakıya gəldim.



- Daha çox hansı üsluba üstünlük verirsiniz?

- Əsasən,modernizm və tətbiqi sənətə üstünlük verirəm. Çəkdiyim rəsmləri, portretləri vəhyləişləyirəm. "Dədə Qorqud” əsərim də var. Belə ki bu əsərin taleyi çox qəribədir.Bir hissəsini Estoniyada, bir hissəsini Azərbaycanda, bir hissəsini isə Türkiyədəişləmişəm. Və beləliklə ərsəyə gəlib çıxıb. Əsər yollardan keçib elə-bil.

- Azərbaycan və ya xarici rəssamlardan kimləribəyənib, daima onların yaradıcılıqlarını izləyirsiniz?

- AzərbaycandaSəttar Bəhlulzadənin yaradıcılığını izləmişəm. Onunla dost olmuşuq.Emalatxanasına tez-tez gediş-gəlişim olub. Səttar bəydən çox şey öyrənmişəm.Heykəltaraşlığa məhz o, məni cəlb etdi və Ömər Eldarova (RəssamlıqAkademiyasının rektoru, rəssam – red) tapşırdı. Sonra bəhs etdiyim emalatxanadaxeyli məşğul olub, özümü inkişaf etdirdim. Sonra digər ustad rəssamlardan dərskeçdim. 1979-cu ildə Tiflisdə universitetə qəbul oldum. Digər rəssamlardanTahir Salahovu deyərdim. Onunda yaradıcılığını mütamadi şəkildə izləmişəm.Tahir Salahov çox gözəl bir rəssamdır. Şedevr rəsm əsərləri var. Böyük rəssamdır!Dünya rəssamlarından ən sevdiyim italyan rəssam Leonardo Da Vinçidir. Onun dayaradıcılığını hər vaxt izləmişəm. İntibah dövrünün böyük rəssamlarındandır.

- Ümumiyyətlə, rəssamlar haqqında danışılarkənonların tufeyli həyatı, qəribə həyat tərzi göz önünə gətirilir. Məsələn, VanQoq, Salvador Dali, Pikasso, Matiavellinin filmlərinə baxanda gözümüzünqarşısında bədbəxt bir həyat yaşamış insanlar canlanır. Sizə hansı rəssamınyaradıcılığı deyil, taleyi təsir edib?

- SəttarBəhlulzadəni deyərdim. Çox qəribə həyat tərzi olub. Ailə qurmayıb. Sənətə özünüqurban verib. Geyminə qətiyyən fikir vermirdi, adi adamlardan çox fərqlənirdi.Moda dalından heç vaxt qaçmayıb. Əsl yaradıcı adamın taleyini yaşayıb. VanQoqun həyatı mənə maraqlı gəlib. Çox bədbəxt taleyi olub. Daimi uğursuzluqlaronu izləyib. Hətta sevgilisinə qulağını kəsib göndərmişdi. Əsərlərini yandırıb.Depressiv həyat keçirib. Çox dəhşətli rəssam taleyi yaşayıb.


- Bizə heykəltaraşlıqdan danışın.

- Rəssamlığın növlərindən biri də heykəltaraşlıqdır.Bu sənətə mütləq istedad lazımdır. Universitetdə təhsil aldığım müddətdəmodernizmin əsaslarını öyrəndim. Daha sonra öyrəndiklərimi heykəltaraşıqdasintez etdim. Çox diqqət tələb edən sənətdir. Aşıq Hüseyin Saraclınınportretini işləmişəm. Özü oturub qarşımda və beləliklə onun heykəlini ərsəyə gətirmişəm.

- 90-cı illərdə cəmiyyətin, dövlətin rəssamlığayəni mədəniyyətə marağı necə idi? Ədəbiyyat sahəsində qəzetlər, jurnallar dərcolunurdu. Kino üzrə filmlərin premyerası keçirilirdi. Həmçinin, teatrlar vətamaşalar. Ancaq sanki rəssamlıq həmişə kənarda qalırdı. Bunun səbəbi rəssamlığınanlaşılmamazlığı idi, yoxsa başqa səbəblər var idi?


- 90-ciillərdə Azərbaycan qatma-qarışıq vəziyyətdə idi. Azərbaycan işğala məruzqalmışdı. Rəssamlığa çox da fikir verilmirdi. Çünki yanvar hadisələri bütün sahələrəçox ciddi təsir göstərmişdi. Rəssamlara da təsiri öz əsərlərində biruzəverirdi. O illərin ağrısına görə mövzu istənilirdi. Hadisələrlə bağlı əsərlərişlənilirdi. Şəhidlərin xatirəsinə həsr etdiyim plakat rəsmlərim olub. İlkplakatımı Tallində çəkmişəm. "Ocaq” əsəri 1989-cu ildə ərsəyə gəlib. Bu plakatçox məşhurlaşmışdı. Digər plakatlara görə fərqlidir. Bu əsərlə əlifbayaqayıtdım. İlk dəfə latın əlifbası ilə mən işlədim.

- Quranda ayə keçir ki, rəsm çəkmək, Allaha şərikqoşmaqdır. Yaradan Allahdır, heç kim özündən rəsm yarada bilməz. Hətta eştmişolardınız, Səttar Bəhlulzadə harasa səfərə getdiyi vaxt qarşısına gözəl mənzərəçıxır. Sürücüdən xahiş edir ki, maşını saxlasın. Bir azdan sürücü böyük rəssamınağladığının şahidi olur. Onu incitdiyini sanan sürücü bunun səbəbini soruşur. SəttarBəhlulzadə ağlaya-ağlaya qarşısındakı mənzərəni göstərir və heyranlıqla deyir:"İlahi, bu nə gözəllikdir!” Sizin də bu cür aciz qaldığınız məqamlar olubmu?

- Səttarhaqqında ilk dəfə belə bir əhvalat eşidirəm. İşlədiyimiz əsərləri biz müəyyən qədəryaradırıq. İstedadın müəyyən qədəri verilir. Təbii ki, tək yaradan Allahdır.İnsan Allahın qarşısında acizdir. Rəssam Allahdan ilham alıb yaradır. Xüsusən təbiətmənzərələrini qeyd edərdim. Rəssamların çoxusu altıncı hissiyata sahibdir. Yəniki, insana beş hissiyat verilib. Ancaq yaradıcılıq nöqtəyi-nəzərdən altıncıhissiyat verilib.

- Fərhad müəllim, sizcə xoşbəxtliyin rəngihansıdır?

- Yaşılrəngi xoşbəxtliyin rəmzi olduğunu deyərdim. Cənnətin rəngi yaşıldır.


- Son vaxtlar rəssamlıqda gedən prosesləriizləyirsinizmi? Mənim müşahidələrimə görə, gənclər daha çox karikatura vənatirmot üzərində dayanır, sizcə gənclərin bu qədər sadə, primitiv olmalarınınsəbəbləri dünya rəssamlarını izləməməsidir? Siz gənclərə nə məsləhətlər verərdiz?

- Gənc rəssamlaraməsləhət verərdim ki, olduğunu yaratsınlar. Karikatura da bir janrdır. Seçimlərfərqli və müxtəlifdir. Hərhalda karikatura janrı da yaradıcılıq tələb edir. Gəncrəssamlara əzmkarlıq arzulayıram. Sənəti heç nəyə dəyişməsinlər. Yəni sənətiolduğu kimi qəbul etsinlər. Klassiklərimiz necə iz qoyublarsa, onlar da eləolsunlar. İntibah dövrü, renesans dövrlərini yaxşı mənimsəsinlər. Müşahidələriniartırsınlar.