adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Iyun 2020 18:26
13399
İDMAN

Cennaro Qattuzo futbolçunu məşqdən qovdu

İtaliyanın "Napoli” futbol klubunun baş məşqçisi Cennaro Qattuzo komandanın hücumameyilli yarımmüdafiəçisi İrvinq Losanonu məşqdən qovub.

"Corriere dello Sport” xəbər verir ki, baş məşqçi futbolçunun məşqlərə lazımi səviyyədə köklənə bilməməsindən narazı qalıb.

İrvinq Losano bu mövsüm "Napoli”nin həyətində keçirdiyi 28 oyunda üç dəfə fərqlənib.

Qeyd edək ki, "Napoli” iyunun 17-də İtaliya kubokunun finalında "Yuventus”la qarşılaşacaq.