adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Fevral 2018 11:16
63611
MÜSAHİBƏ

“Cəmiyyətdə seçkiylə bağlı yüksək-əhval ruhiyyə var” - MÜSAHİBƏ

Millətvəkili Azər Badamov "Ədalət" qəzetinə müsahibə verib. O, müsahibəsindəseçki hazırlığı və digər məsələlər barəsində danışıb.

-Azərmüəllim, prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-də ölkədə növbədənkənarprezident seçkiləri keçiriləcək. Artıq seçki marafonu başlayıb. Siz necə düşünürsünüz,cəmiyyətdə seçki ab-havası varmı?

-Qeyd etdiyiniz kimi aprelin 11-də növbədənkənar prezident seçkiləri keçirilməsiilə bağlı ölkə başçısı sərəncam imzalayıb. Sərəncam imzalanandan sonra artıq namizədlərinqeydiyyata alınması prosesi gedir. Bu günə bir neçə nəfər prezdentliyə namizəd olmaqistəyi ilə Mərkəzi Seçki Komissiyasına müraciət edib və onlardan qeydiyyata alınanlarda var. Seçkiyə hazırlıq prosesi Konstitusiyaya uyğun şəkildə gedir. Cəmiyyətdədə seçkiylə bağlı yüksək əhval-ruhiyyə var. Düşünürəm ki, 11 apreldə AzərbaycanRespublikası Prezdentliyə seçkilər çox yüksək səviyyədə və demokratik şəkildə keçəcəkdir.

- İqtidar artıq namizədinibəlli etdi. İqtidardan fərqli olaraq müxalif cəbhədə hələ də fikir ayrılıqları mövcuddur.Ümumiyyətlə seçkinin qabağa çəkilməsi müxalifəti zəiflətmək üçün həyata keçirilənproses kimi də dəyərləndirirlər. Sizcə, müxalifətin seçki şansları hansı səviyyədədir?

- Seçkinin qabağaçəkilməsi heç də müxalifəti zəiflətmək üçün həyata keçirilən proses deyil. Ölkəmizilin istənilən vaxtında seçki keçirilməyə hazırdır. Seçkilərdə kifayət qədər müxalifətnümayəndələri də iştirak edəcək. Heç də şərt deyil ki, ölkədəki bütün müxalif qüvvələrseçkidə iştirak etsin. Seçkiyə müəyyən qədər xalqın içində dəstək qazanmaq ehtimalıolan siyasi təşkilatların nümayəndələri iştirak edirlər. Əgər kimsə seçkiyə qatılmaqdanimtina edirsə, bu, o anlama gəlməməlidir ki, kimsə seçkini boykot edir. Bu heç dəbelə deyil. Bu o deməkdir ki, o ifadəni işlədənlər bilirlər ki, seçki onlarlıq deyil.İştirak etsələr də onlara xalqın heç bir dəstəyi yoxdur. Ona görə də belə açıqlamalarverməklə şou xarakterli çıxışlar edirlər. Yəni özlərinin də olduqlarını insanlarınyadına salmaq istəyirlər. Seçkilər ölkəmizdə tam şəffaf və demokratik təşkil olunacaqvə bütün namizədlər öz namizədliyini sərbəst şəkildə müdafiə edəcəklər. YAP-ın danamizədi xalqın içində hamının dəstəklədiyi və sevildiyi cənab İlham Əliyevdir.

-Milli Şura və prezidentliyənamizədliyini irəli sürəcəyini bəyan edən bir neçə şəxs artıq baykot qərarı verib.Sizcə, baykot qərarı nə dərəcədə keçərli ola bilər?

- 90-cı illərin əvvəlindəXalq Cəbhəsi hakimiyyətdə olanda belə ifadələr tez-tez eşidilirdi. O zaman parlamentdəsəlahiyyətləri dondurmaqla bağlı ifadələr səsləndirilirdi. Görünür o donduranlarındonu hələ də açılmayıb. İndi də baykot ifadəsini işlədirlər. Yəni bugünkü cəmiyyətdəbelə ifadələr insanlarda gülünc doğurur. Ölkəmiz uğurlu bir inkişaf yolu keçib,XXI əsrdə yaşayırıq, cəmiyyət inkişaf edib, amma çox təəssüf ki, donduranlar vəbaykot edənlər hələ də 90-cı illərin əvvəlində qalıblar. Bugünkü inkişafdan, tərəqqidənxəbərləri yoxdur. Onlar hələ də dərk etmirlər ki, dondurmaqları və baykot etməkləricəmiyyəti maraqlandırmır.

-Artıq Rusiya vəABŞ kimi ölkələr seçkiyə münasibətini ortaya qoyub. Ancaq bu məsələyə ikili yanaşanlarda var. Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

-Kiminsə ölkəmizdəkeçiriləcək seçkiyə münasibətin necə qoyulması bizi düşündürməməlidir. Bizi düşündürənxalqın iradəsi olmalıdır. Əgər iqtidar xalqın iradəsini ifadə edirsə və xalq dəstəyiniverirsə, xarici müdaxilələr heç vaxt effektiv olmur. Azərbaycan sürətlə inkişafedən ölkədir.

Ölkəmizdəki bu inkişafıgözü götürməyənlər də çoxdur. Ona görə də ölkədə keçirilən hər bir siyasi prosesərəfəsində bizə təhdidlər başlanır. Biz buna artıq öyrəşmişik.

Aprelin 11-də keçiriləcəkseçkilər zamanı da belə hallar baş verərsə biz bunu adi qəbul etməliyik və imkanverməməliyik ki, kimsə gəlib ölkəmizdəki sabitliyimizə xələl gətirsin.

- O da qeyd olunurki, prezident seçkilərindən sonra ölkədə yeni ab-hava yaranacaq sizcə hansı addımlarınatılacağı gözlənilir?

-Təbii ki, seçkilərdənsonra ölkədə yeni abı-hava yaranacaq. Seçkidən sonra prezdent yeni komanda formalaşdıracaq. Yenikomandada daha effektiv işləyən və xalqın məmnunluğunu qazanmış şəxslər təmsil olunacaq.

Məhzölkə başçısının rəhbərliyi ilə yeni bir güclə yeni sosial -iqtisadi islahatlarınkeçirilməsinə start veriləcək. Konstitusiyada edilən dəyişikliyə görə, bu seçkidənsonra prezdentin səlahiyyət müddəti 7 ilə qaldırılmışdır. Prezidentin səlahiyyətinində uzun müddətli olması başlanılacaq, yeni islahatlar paketinin uğurla həyata keçirilməsinəşərait yaradacaqdır.


Ədil Ədilzadə