Cəfər Cabbarlının qızı dəfn olunub
"Təzə pir” məscidində Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə vida mərasimi keçirilib.
APA-nın məlumatına görə, vida mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, mərhumun ailə üzvləri və başqa şəxslər iştirak ediblər.
Vida mərasimindən sonra G. Cabbarlı Yasamal qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, 1930-cu ildə anadan olan G. Cabbarlı 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi işləyib. 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor təyin olunub. G. Cabbarlı fevralın 12-də dünyasını dəyişib. Hazırda Cəfər Cabbarlının ev - muzeyinə Gülarə xanımın qızı Qəmər Bağırova rəhbərlik edir.
Digər Xəbərlər
03 May 2024 23:14
Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52