adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Mart 2020 09:14
37691
ŞOU-BİZNES

Cazibədarların paradı - Soyundular...

Yazıngəlişi ilə bağlı təbiətdəki canlama göz qabağındadı. Havalar isinir, quşların səsialəmi başına götürüb, çiçəklər, güllər ətrafa xoş rahiyyə yayır. Belə birzamanda şou-biznes dünyasında da sakit dayanmaq mümkün deyil. Soyunan məşhurlardübarə soyunurlar. Yazın gəlişi ilə istilənən dünya gözəlləri- modellər bu fürsətiqaçırarlarmı?

Məsələn, məşhur model Demi Rouz növbəti dəfə sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib."İngilis gülü” ləqəbli məşhur ABŞ-da "cəsarətli” fotosessiya edib. 24 yaşlımodel "Instagram”da transparan çimərlik geyimi ilə diqqətləri üzərinə çəkib. 13milyondan çox izləyicisi olan modelin bu paylaşımını 800 minə yaxın sosial şəbəkəistifadəçisi bəyənib. Görünən odur ki, sosial şəbəkə istifadəçiləridə əməllicəistilənib və tərləyiblər.


Sonra isə "qonşudan qalma dala” prinsipini əldə rəhbərtutandaha bir model"yaylayıb”. Yəni, dünyanınən gözəl qadını adlandırılan model BellaHadid sosial şəbəkəni silkələyən daha bir paylaşımla gündəmə gəlib.



Adalet.az xəbərverir ki, cazibədar modelin "Instagram” paylaşımı qısa vaxtda 700 minə yaxınizləyicisi tərəfindən bəyənilib. "Instagram”da 29 milyon izləyicisi olan Hadidyarıçılpaq fotosunu "Mənə şirin nəsə verin” başlığı ilə paylaşıb. Amma xəbərala bilmədim ki, görüm, izləyiciləri Bella xanıma"şirin nəsə” tapıb verə biliblər, ya yox.Narahat olmayın, qoçaq qızdı, özütapacaq.


Dünyacaməşhur müğənni Rihanna soyunanda məqsədlişəkildə soyunub. Soyunmağından qazanc da əldə edə bilib. O, alt paltarı brendi "Savage xFenty"nin yeni kolleksiyası üçün fotosessiya etdirib.

Brendinyeni geyimləri üçün ifaçı ilə yanaşı bir neçə model də kamera qarşısına keçib.Bu dəfə sənətçi dizayn etdiyi geyimləri bütün növ bədən ölçüləri üçün nəzərdətutub. Yəni ki, əyninə nə gəldi geyinib.


Məşhurmodel Naomi Kempbell son görünüşü ilə hər kəsi təəccübləndirib. Ömründə əyninormal paltar görməyən Naomi koronavirusdan qorunmaq üçün ciddi tədbirlər görüb.Aldan geyinib,üstən qıfıllanıb, üstən geyinib altdan qıfıllanıb. Naomi Kempbell geydiyitulum, əlcək və taxdığı maska ilə virusu nə qədər ciddi qəbul etdiyini nümayişetdirib və bu barədə şəkillərini sosial media hesabından paylaşıb.

Yaz belə gəlibsə, gör yay necə olacaq....!?

Əntiqə Rəşid