Cavid Qurbanov Prezidentin təltif etdiyi ordeni Faiq Qarayevə təqdim etdi - FOTOLAR
İdmanın inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamına əsasən 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilən Federasiyanın I vitse-prezidenti Faiq Qarayevə mükafatı təqdim olunub.
Mərasimdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, AVF-nin prezidenti, millət vəkili Cavid Qurbanov da iştirak edib. O, 60 yaşlı mütəxəssisi təbrik edərək, onun karyerasından söz açıb. Bildirib ki, F.Qarayevin həyatı voleybolla bağlıdır, ömrünün böyük hissəsini bu sahəyə həsr edib. Faiq Qarayev məşqçi olmağı hər şeydən üstün tutub, müxtəlif yerlərdə, Rusiya və Türkiyədə işləyib. Daha sonra dövlət başçısının dəvəti ilə Azərbaycana gələn idman ustası bir sıra uğurlara imza atıb. Onun Azərbaycan idmanına verdiyi töhfə dövlət tərəfindən hər zaman yüksək dəyərləndirilib.
"Tərəqqi" və "Şöhrət" ordenlərinə , "Əməkdar məşqçi" adına layiq görülüb. Oktyabrın 17-də isə Prezident İlham Əliyev Faiq Qarayevin 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncam oxunduqdan sonra Voleybol Federasiyasının prezidenti C. Qurbanov ordeni F.Qarayevə təqdim edib.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da əməkdar məşqçini təbrik ediblər və onun uğurlarından, ölkədə voleybolun inkişafındakı xidmətlərindən danışıblar.
Tədbirin sonunda AVF-nin Rəyasət Heyətinin adından qurumda çalışan Zöhrab Gözəlbəyli, Oqtay Musayev, Rafiq Rəsulov və Nona İsmayılovaya da yubileyləri münasibəti ilə xüsusi diplomlar verilib.
Digər Xəbərlər
28 Aprel 2024 00:37
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
27 Aprel 2024 17:39Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel 2024 16:06Dəniz piyadaları və xüsusi təyinatlıların təlimindən - VİDEO
27 Aprel 2024 15:00İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI
27 Aprel 2024 14:48