adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Mart 2023 11:50
1022
ŞOU-BİZNES

Cavanşir Məmmədov: “Maşın insanın sirdaşıdır”

Əməkdar artist Cavanşir Məmmədov Bakıda yaranan tıxaclardna narahatdır.  

Adalet.az xəbər verir ki, bu barədə sənətçi “Gəl, danış” proqramında danışıb. C. Məmmədova mövzu barədə fikrini bildirsə də, “Space” TV-nin efirində onun səsi alınıb. Bu, bir neçə saniyə davam edib və ifaçı sözlərinə davam edib:

“Bakıda maşın çoxdur. Sürə bilməyən sürücülər var. Yaxşı sürsələr, tıxac olmaz. 48 ildir maşın sürürəm. Hər insan bunu bacarmır. Bu günə kimi də sürücüm olmayıb.  Maşın insanın sirdaşıdır. Bəyəm pis sürücüyəm? Bu günə kimi yolda problemim olmayıb.  Cəmi bir dəfə narazılıq yaranmışdı. Başqa bir sürücü sağa-sola dönmə işığını yandırmamışdı. Yanında saxlayıb dedim ki, işıq pulu verirsən? Yandır da bu maşının işıqlarını...”

Əntiqə