adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Oktyabr 2018 15:03
15597
İDMAN

CANIM AFFA, GÖZÜM AFFA, AFFA, İNCİTMƏ QARABAĞ ATLARIN!

VergilərNazirliyi qəfil tökülüb bir obyektin qapısını-pəncərəsini bağladığı kimi, Milli Antidopinq Agentliyinin əməkdaşlarıda qəflətən tökülüblər «Qarabağ»ınMilli Olimpiya Stadionundakı istirahət otağına, qapı-pəncərələri bağlayıblar ki,birdən futbolçular aradan çıxar və dopinq testi keçiriblər. Məşqdən təzəcə qayıdıbayın 25-də keçiriləcək ciddi bir oyunüçün istirahət edən oyunçuların isti aşlarınasoyuq su qatıblar. Futbolçuların əhval-ruhiyyəsiniqaldırmaq əvəzinə, olan-qalan ovqatlarınıda pozublar.

Komandanınrəhbərliyi UEFA ilə əlaqə saxlayıb , UEFA da bildirib ki, biz belə bir təlimatverməmişik.

Oyunqabağıbu uşaqları sındırmaq , komandanın əhval-ruhiyyəsini pozmaq kimə və ya nəyəsə xidmət edə bilər, amma futbola yox.

«Xəzər-Lənkəran»,«Kəpəz», «Turan», «Qəbələ»… deyəsən, növbə «Qarabağ»ındı.