adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Fevral 2018 15:17
23199
MƏMLƏKƏT

BXA-da Xocalı qətliamı qurbanlarının xatirəsi anılıb

Bakı Xoreoqrafiya Akademiyası TəhsilKompleksində (BXA) Xocalısoyqırımının 26-cı il dönümünə həsrolunmuş tədbir keçirilib. Anım tədbiri dövlət himninin səslənməsi vəsoyqırımqurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi iləbaşlayıb.

Adalet.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan akademiyanın rektoru, professor Timuçin ƏfəndiyevXocalı faciəsi haqqında danışaraq,erməni silahlı dəstələri tərəfindən xalqımızaqarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətləyetirlidiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərəməruz qaldıqlarını bildirib:”Xocalı qətliamı Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycanmüharibəsi dövründə vurulmuş ən ağır zərbədir”-deyə professor qeyd edib. Rektorunçıxışından sonra akademiyanın tam orta məktəbininşagirdləri, orta ixtisas(kollec) pilləsinin və bakalavr, magistr pilləsinin tələbələritərəfindən Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirilib, "Ağla Şuşam Ağla”, ” Qərənfil”, milli rəqslərini"İki qəlbin dastanı”baletini ifa ediblər.

Daha sonra isəXocalı qətliamının ilk şahidi,jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalıpilot Leonid Markoviç Kraveçin iştirakı ilə Ukraynada yaşayan azərbaycanlılarınbirləşmiş diaspor təşkilatının Xocalı Faciəsindən bəhs edən sənədli film nümayişolunub. Tədbirin sonunda isə akademiya tələbələrininXocalı qətliamından bəhs edən rəsm əsərlərininsərgisi keçirilib.