Buzovnada bıçaqlanan nənə-nəvənin vəziyyəti açıqlandı
Xəzər rayonu, Buzovna qəsəbəsində ötən gün baş verən bıçaqlanma hadisəsi nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
TƏBİB-dən Adalet.az-a verilən məlumata görə, yaralanan 3 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
“Xəsarət alan 1971-ci il təvəllüdlü R.Muradov göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib. Hazırda tibb müəssisəsində iki nəfərin müalicəsi davam etdirilir. 1945-ci il təvəllüdlü Ş.Muradovanın vəziyyəti ağır, 1997-ci il təvəllüdlü E. Ağalarovun vəziyyəti isə orta ağır qiymətləndirilir”, - məlumatda bildirilib.
Qeyd edək ki, hadisə ötən gün saat 20 radələrində baş verib. Nəticədə 83 yaşlı Elbrus Muradov və oğlu 51 yaşlı Rahil Muradov aldıqları bıçaq xəsarətlərindən ölüb, 77 yaşlı Şahirə Muradova və 25 yaşlı nəvəsi Elbrus Ağalarov isə yaralanıb.
Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin şəxsin axtarışları davam edir.
Digər Xəbərlər
02 Oktyabr 2026 11:47
Qaxda əməliyyat - İki nəfər həbs edildi
01 Oktyabr 2026 18:17
5 milyonluq şəbəkənin üzvləri saxlanıldı - KMBİ-dən əməliyyat - VİDEO
01 Oktyabr 2026 10:24
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana ekstradisiya edildi
30 Sentyabr 2026 13:49


Bakı -°C

