"Bütün sanksiyalar ləğv edilərsə, müharibəni dayandıracağıq" - Lavrov
"Rusiya Moskvaya qarşı tətbiq edilən bütün sanksiyaların ləğvi müqabilində Ukraynadakı müharibəni dayandırmağa hazırdır".
Adalet.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Newsweek" jurnalına müsahibəsində bildirib.
O, Rusiya prezidenti Vladimir Putinin Kiyev qarşısındakı digər tələblərini də xatırladıb. Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin (AFU) Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən tamamilə çıxarılması və bu bölgələrin Rusiya ərazisi kimi tanınması haqqında məlumatı bir daha təkrarlayıb. Bundan əlavə, o, Putinin Ukraynanın bloklara qoşulmamaq və nüvəsiz statusunun möhkəmləndirilməsini, habelə ölkənin demilitarizasiyasını və denazifikasiyasını tələblərini sadalayıb.
"Kiyev bu bəyanata avqustun 6-da Kursk vilayətinə silahlı basqınla cavab verdi. Onun himayədarları – ABŞ və digər NATO ölkələri Rusiyanı strateji məğlubiyyətə uğratmağa çalışırlar. Bu şərtlər altında bizim Ukraynadan gələn təhdidlər aradan qaldırılana qədər xüsusi əməliyyatımızı davam etdirməkdən başqa çarəmiz yoxdur", - deyə Lavrov bildirib.
Digər Xəbərlər
25 Sentyabr 2026 13:50
Moskvada universitetlərdə nə baş verir?
25 Sentyabr 2026 13:04
5 qazax hərbçi həbs edildi - SƏBƏB - YENİLƏNİB
25 Sentyabr 2026 12:49
Putinin köməkçisi Nyu-Yorkda Vitkoff və Kuşnerlə görüşüb
25 Sentyabr 2026 12:23
Kiyevdə Ali Ədliyyə binasına raket hücumu olub
25 Sentyabr 2026 12:12
"İranın nüvə bombası yaratmaq planı yoxdur" - Pezeşkian
25 Sentyabr 2026 11:35
Türkiyə dünyanın ən böyük kosmik tədbirlərindən birinə ev sahibliyi edəcək
24 Sentyabr 2026 23:47
Türkiyəli nazirdən istefa verməsi xəbərlərinə REAKSİYA
24 Sentyabr 2026 23:33


Bakı -°C

