"Bütün məsələlərdə Azərbaycanın dəstəyi hiss edilir" - Gürcü deputat
İyulun 15-də Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli birgə iclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşüblər.
Milli Məclisdən verilən məlumata görə, nümayəndə heyətinə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava başçılıq edib.
Görüşdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov münasibətlərin bütün sahələrdə yüksək səviyyədə qurulduğunu qeyd edib, müstəqillik dövründə dostluq və əməkdaşlıq əlaqələrimizin uğurla davam və inkişaf etdiyini vurğulayıb.
Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun sədri Zviad Dzidziquri parlamentlərarası əlaqələrin daha intensiv xarakter daşıdığını bildirib. Ölkələr arasında əməkdaşlığın durmadan genişləndiyini qeyd edib və vurğulayıb ki, Azərbaycanla dostluğun qədrini-qiymətini yaxşı bilirlər.
Nümayəndə heyətinin başçısı, Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava Azərbaycana bu ilk rəsmi səfərinin davamlı olacağına ümid ifadə edib. Həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli əlaqələrdə deputatların çox səmərəli əməkdaşlıq etdiyini bildirib. O qeyd edib ki, bütün məsələlərdə Azərbaycanın dəstəyi hiss edilir və qiymətləndirilir. Gürcüstanla Azərbaycan bütün məsələləri dostluq və əməkdaşlıq şəraitində həll etməyə qadirdir.
Söhbət zamanı deputatlar Hikmət Babaoğlu, Rasim Musabəyov, Ramaz Nikolaişvili qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikirlərini bölüşüblər.
Digər Xəbərlər
03 May 2024 20:04
Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19