Buraxılış imtahanında iştirak edən şagirdlərə xəbərdarlıq edildi

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Bu barədə Adalet.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.
Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
İşğaldan azad olunan rayonların məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
Bakı şəhərinin Sabunçu Xəzər rayonlarında, həmçinin Sumqayıt, Abşeron, Şəmkir, Cəlilabad, Masallı, Xaçmaz və Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı 2 imtahan gününə (hissələrə) bölünüb və müvafiq olaraq “keçid” qoyulub. Linkin üzərinə basdıqda qeyd olunan tarixdə hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat açılır.
Qeyd edək ki, aprelin 27-də Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə), Pirallahı rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir (II hissə), Tovuz, Qax, Balakən, Zaqatala, Cəlilabad (II hissə), Masallı (II hissə), Lerik, Saatlı, Salyan, Kürdəmir, Ağdaş, Xaçmaz (II hissə), Quba (II hissə), Bərdə, Tərtər, Ağdərə, Laçın rayonlarında, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi ingilis və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Digər Xəbərlər

Elektron qəbulda yaranan texniki problemə bağlı AÇIQLAMA

Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçiriləcək

Məktəblərdə 5 günlük yaz tətili başladı

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirildi

Distant təhsilə dair yeni dövlət standartı qəbul edildi

Qəbul imtahanının 2-ci mərhələsinə qeydiyyat sabah başa çatır

İş yerlərini dəyişmək istəyən müəllimlərin nəzərinə!
