adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Aprel 2024 18:24
1910
ELM VƏ TƏHSİL

Buraxılış imtahanına 474 nəfər gəlməyib, 16-nın nəticəsi ləğv olunub

11 illik orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Adalet.az xəbər verir ki, buraxılış imtahanında iştirakı nəzərdə tutulan 52267 nəfərdən 474 nəfər imtahana gəlməyib.

İmtahan qaydalarını pozduğu üçün isə 16 nəfərin nəticəsi ləğv olunub.

İştirakçılar arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.