"Bunlar özbək, qazax və qırğız qardaşlarımızın hədiyyələridir" - İlham Əliyev
Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi üzrə genişmiqyaslı işlərə başlayıb. Biz bu məsələdə Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndiririk.
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxışı zamanı söyləyib.
“Xüsusilə qeyd edək ki, artıq Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda isə Manas məktəbi fəaliyyət göstərir. Bu, özbək, qazax və qırğız qardaşlarımızın hədiyyələridir”, - deyən dövlətimizin başçısı xatırladıb ki, bu ilin oktyabrında Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyulub.
Digər Xəbərlər
08 Dekabr 2025 13:40
Abbas Əraqçi: Azərbaycan Prezidentinin Tehrana səfərini gözləyirik
08 Dekabr 2025 13:30
Azərbaycan İranla münasibətlərinin dostluq istiqamətində olmasında maraqlıdır - Nazir
08 Dekabr 2025 13:28
Bakıda Heydər Əliyevlə bağlı beynəlxalq konfrans keçirilib - YENİLƏNİB
08 Dekabr 2025 12:20


Bakı -°C

