adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Iyun 2019 16:53
14795
ELM VƏ TƏHSİL

BÜLLUR ŞAGİRD DÜNYASI

Bir söz,mətbuat maraqlısı kimi olduğum bölgələrdə həmişə tarixi abidələrə, memarlıqnümunələrinə, qədim tikililərə, məbədlərə, məscidlərə, yerli sənətkarların fərdiişlərinə böyük maraq göstərirəm. Elə Şəkidə olarkən də "Sənətkarlar evi”adlandırılmış və turistlərin diqqətini çəkən ünvanda oldum. Burada nümayişetdirilən əl işləri, eləcə də keçirilən tədbirlər həm sakinlərin, həm dəturistlərin böyük marağına səbəb olub. Yəni bu tədbirlərin hər birinin arxasındamaarifləndirmə, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək dayanır. Elə həmsöhbətolduğum insanların da hər birinin dilindən eşitdiyim fikirlərin əsas mahiyyətiməhz ölkə rəhbəri cənab İlham Əliyevin və I vitse-prezident Mehriban Əliyevanıngənclərin təlim-tərbiyəsinə, savadlı, müsir dünyanı dərk etmək gücündə olmasınayönələn tədbirlərin gerçəkləşdirilməsidir. Belə ki, ölkə rəhbərliyi, qəbuletdiyi qərar və qanunlarla bu sahəni daha da önə çıxarır və onun maddi-texnikibazasını möhkəmləndirir.

Bu gün Şəkidəki10 saylı tam orta məktəbin direktor əvəzi vəzifəsində çalışan Büllur Adil qızıAbdulsəlimli "İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasına yiyələnsədə, o, işlədiyi illər ərzində artıq püxtələşmiş və üzərinə götürdüyü vəzifəninöhdəsindən gəlməyi bacarmışdı. Ona görə də bu məktəbin şagirdləri Şəkidəkeçirilən bütün yarışmalarda həmişə fərqlənməyibacarmışdılar. Və onların aldıqları fəxri fərmanlar, mükafatlar məktəbinnüfuzunu daha da yüksəltmişdi.

Xatırladımki, 10 saylı Şəki şəhər məktəbində bir layihə də gerçəkləşdirilir. Layihəninadı "Mənim uşaq dünyam” olmaqla şagirdlərinintellekt səviyyəsini müəyyənləşdirmək və inkişaf etdirmək məqsədilə gerçəkləşdirilir.Maraqlı burasıdır ki, məktəbin ingilis dili müəlliməsi Xatirə xanımın rəhbərliyiilə reallaşan bu layihə artıq ölkə hüdudlarından kənarda da diqqəti çəkibdi.Belə ki, Fransa, Gürcüstan, Almaniya və digər ölkələrin məktəbliləri də Şəkidəki10 saylı məktəbin şagirdləri ilə bağlantı yaradıblar. Müasir texnikanın verdiyiimkanlarla bu uşaqlar bir-birilə təmas qurmağı bacarıblar.

Həmçininbu tədbir Azərbaycanın öz daxilində, yəni ölkə içərisində də artıq müəyyənnailiyyətlər ortaya qoymağı bacarıb. Demək olar ki, respublika məktəbliləri dəŞəkidəki 10 saylı məktəbin "Mənim uşaq dünyam” layihəsinə səs verməyəbaşlayıbdı. Yeri gəlmişkən, vurğulamaq lazımdır ki, MDX sədri cənabV.Xanlarovun dəstəyi ilə icra olunan "MUD” layihəsi də artıq reallaşmağabaşlayıb. Düşünmək olar ki, bu layihədə şəkili məktəblilərin uğurlarınınartmasına, əlaqələrinin genişlənməsinə və öz şagird bacarıqları ilə Azərbaycanıdünyadakı yaşıdlarına tanıtmaqda kömək olacaqdı.

Sonolaraq bildirmək istərdim ki, böyüyən övladlar, onlara göstərilən diqqət vəqayğı həmişə məsuliyyətli bir iş olub. Çünki uşaqlar bizim sabahımızdır. Eləona görə də Şəkidəki 10 saylı məktəbdə həm rəhbərlik, həm də bütün pedaqoji rəhbərliksabahımıza böyük ümidlə baxmaqla yanaşı, onları müəllim-valideyn sevgisiylə də əhatəediblər. Uğurları bol olsun!

AytənVƏTƏN