adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Fevral 2019 10:25
7450
GÜNDƏM

BU XALİD KAZIMLI NƏ PAXIL ADAMMIŞ?!

Götürüb«Yeni Müsavat» qəzetində Bakıda keçirilən «Formula-1» yarışlarının əleyhinə yazıyazıb. Qaqa, sənin maşının yoxdu, biz neyləyək?Niyə maşını olanlara paxıllıq edirsən, avtoşların könlünə dəyirsən? Rauf Arifoğlu, köməkləşin, Xalidbəyə bir maşın alın, görək ondan sonra «Formula-1»in əleyhinə nəsə yazar? Yazmaz!

Qaqa,amma adamın üstə Allah var, yazıyın axırıncı abzası ləzzət elədi. Qoy mən də «Ədalət»in oxucularıüçün həmin abzası paylaşım:

«Biz isə cürbəcür üsullarla ölkəninadını çıxarmaq, əcnəbi turist cəlb etmək istəyirik. Bu işin düsturu çox sadədir,cənablar: geniş infrastruktur, keyfiyyətli xidmət, ucuz qiymət və vizasızgediş-gəliş. Ondan sonra ildə 10 milyon turist gəlsin, siz də baxın. Yoxsamaşınötüşdürməklə olmur bu işlər».