“Bu silahların hansı köhnədir?” - Nazir iddialara cavab verdi
"Biz "Polonez”, "T-90” tankı, "Dana" haubitsaları və digərləri müasir silahları alırıq. Bunların hansı köhnə silahdır? Bu, Ermənistan xüsusi xidmət orqanlarının bizə qarşı həyata keçirdiyi fəaliyyətdir. Onlar bu məlumatlarla inamsızlıq yaratmaq istəyirlər".
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ordumuza köhnə silahların alınması ilə bağlı yayılan məlumatlara münasibətində deyib.
"Bu məlumatı yayanlar birinin adını çəksinlər ki, hansı silah köhnədir". Döyüş maşını olan BMP-3 gəlirsə, bütün dünya bilir ki, bu, yeni silahdır. Həmçinin BTR-82A da yeni silahdır".
Z.Həsənov qeyd edib ki, Ordumuz yeni formalaşanda bəzi problemlər var idi: "Dövlətin imkanı yox idi və bir çox silahları satmırdılar. Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti nəticəsində hətta onların müttəfiqləri bizə silah satır. Çalışırdılar ki, bizim İsraillə olan münasibətlərimizi pozsunlar. Ali Baş Komandanın siyasəti nəticəsində onların bu fəaliyyəti keçmədi. Bizə bu gün ən müasir silahları satırlar. Onları almaq üçün isə pul lazımdır. Ermənistanın bu pulu yoxdur və dilənir. Amma Azərbaycan Ordusu xalqın qazandığı pulla ən müasir silahları alır və alacaq".
Digər Xəbərlər
03 May 2024 23:14
Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52