adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Aprel 2020 14:48
17622
DÜNYA

Bu ölkənin 0,1 faizi koronadan öldü

Dünyadatüğyan edən koronavirus epidemiyasının yayılma və ölüm statistikaları aparılır.Ən çox yoluxma və ölüm hallarının yaşandığı ölkələr. Amma unudulan incə xətlərvar. Yoluxma və ölüm sayları həmin ölkə əhalisinin neçə faizini təşkil edir? Buzaman o ölkələrdəki acınacaqlı durumu görə bilərik.

Appeninyarımadasında yerləşən, dörd tərəfdən İtaliya ilə həmsərhəd olan San-Marino bufaizlə dünyada birinci yerdə gedir. 33 min əhalisi olan San Marinoda əhalinin təxminən1%-nin bu virusa yoluxduğu rəsmi olaraq təsdiqlənib. Indiyə kimi ölkədə koronavirus səbəbindən 34ölüm faktına rast gəlinib ki, bu da ölkə əhalisinin 0,1%-ni təşkil edir.

Bustatistikada ikinci yerin sahibi İspaniyadır. 47 milyon əhalisi olan ölkədəindiyə kimi 146mindən artıq yoluxma faktına rast gəlinib. 14 mindən artıq insanvirusdan həyatını itirib ki, bu da ölkə əhalisinin 0,03%-dən çoxdur.

Üçüncüyerdəsə Avropanın digər kiçik dövləti Andorradır. Cənubdan İspaniya, şimaldansaFransa ilə sərhədi var. Hər iki qonşu ölkənin virus epidemiyasının mərkəzləriolduğunu söyləyə bilərik. Bütün bunlar kiçik Andorraya da öz təsirini göstərib.77 min əhalisi olan ölkədə indiyə kimi 545 yoluxma halına rast gəlinib. Ən azı22 ölüm halına rast gəlinib ki, bu da ölkə əhalisinin təxminən 0,03%-nəyaxındır.

Dördüncüyerin sahibisə İtaliyadır. Hər gün yüzlərlə ölümün yaşandığı ölkədə 135mindənçox insan virusa yoluxub. Indiyə kimi 17 mindən artıq ölüm halına rast gəlinib.Bu da ölkə əhalisinin 0,03%-ni təşkil edir.

Beşliyiisə Belçika tamamlayır. Indiyə kimi 23 mindən artıq yoluxma halına rast gəlinənölkədə indiyə kimi 2200-dən artıq ölüm yaşanıb. Bu ölümlər ölkə əhalisinin0,02%-nə bərabərdir.

Emin