adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Aprel 2020 12:22
13283
DÜNYA

Bu ölkədə spirtli içkilər dezinfeksiya vasitəsi kimi tanındı

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi yüksək dərəcəli spirtli içkiləri koronavirusun yayılması ilə əlaqədar dezinfeksiya vasitəsi qismində tövsiyə edib.

Adalet.az-ın məlumatına görə, tövsiyə standart dezinfeksiya vasitələrinin qıtlığı ilə üzləşən tibb müəssisələrinə şamil edilir.

Qeyd olunur ki, dezinfeksiya vasitəsi kimi tərkibində 70-83 faiz spirt olan içkilər qəbul edilir.

Eyni zamanda nazirlik ev şəraitində əlləri səylə yumağı tövsiyə edib.

Yaponiyada bu günədək 7 370 nəfər koronavirusa yoluxub, 123 nəfər həyatını itirib.