adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Aprel 2014 19:58
9287
MƏMLƏKƏT

Bu mətbuat orqanları Qarabağdan daha çox yazıb

Mətbuat Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlıyazılan materialların monitorinqini aparıb. Martın ayının yekunlarına əsasən,monitorinqi aparılan KİV-lərdə Dağlıq Qarabağ münaqişəsi haqqında 1048 məqalə dərcolunub. Yazılardan 840-nın (80,2%) online mediada, 208-nin (19,8 %) isə mətbuatdayer aldığı müəyyənləşdirilib. 

Monitorinq olunan qəzetlərdən mövzu ilə bağlı ənçox məqaləni dərc edən "Üç nöqtə” qəzeti olub. Online mediada isə ilk üçlükdəAPA, AzərTAc və Musavat.com saytları yer alıb.

Monitorinq çərçivəsində Dağlıq Qarabağ münaqişəsinəhansı aspektdən yanaşılmasına da diqqət yetirililib. Məlum olub ki, materialların37 faizi atəşkəsin pozulması ilə bağlı xəbərlərdir. İkinci diqqətdə olan mövzuXocalı soyqırımının tanınması və Xocalı soyqırımı ilə bağlı tədbirlərin işıqlandırılmasıdır.Mətbuatda getmiş məqalələrin 20 faizi məhz bu mövzudadır. Üçüncü nəzərəçarpacaqmeyl isə Dağlıq Qarabağ münaqişəsinin adının Krımda baş verən olaylar kontekstindəçəkilməsidir (13,0 faiz). Materialların 12 faizi ATƏT-in Minsk qrupu və digər qurumlarınQarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətinə həsr olunub. Digər mövzularaisə 18,0 faiz yer verilib.