Bu mağazalarda təhlükəli mallar satılır
Bir neçə mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlaka yararsız məhsullar məhv edilib.
Həmin məhsulların aşkarlandığı mağazaları təqdim edirik:
Sumqayıt şəhərində
- 18-ci məhəllə, H.Əliyev prospektində Afaq Piriyevaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Sabunçu rayonunda
- Bakıxanov qəsəbəsində Yeganə Abdulqədirovaya, Lumuzər Namazovaya və Məmməd İsmayılova məxsus mağazalarda;
Sumqayıt şəhərində
- 3-cü məhəllə, 27/10 ünvanında Ramiz Rəhimova məxsus mağazada;
Şirvan şəhərində
- Füzuli adına mədəniyyət və istirahət parkında Fərhad Həziyevə məxsus yeməkxanada;
Zaqatala şəhərində
- V.İsmayılov küçəsi, 44 ünvanında Şahid Salamova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Xətai rayonunda
- Zığ yolu, 12A ünvanında Əlizamin Şükürova məxsus mağazada;
Sumqayıt şəhərində
- 1-ci məhəllə, M.Hüseynzadə küçəsində Günay Məmmədovaya məxsus mağazada;
Gəncə şəhərində
- Nizami küçəsində Əfşanbəyim Xəlilovaya məxsus mağazada;
- V.Xuluflu küçəsi, 15 ünvanında Vahid Qəmbərova məxsus mağazada;
- Xətai prospekti, 84 ünvanında Elşən Əliyevə məxsus mağazada;
Şirvan şəhərində
- Xəqani küçəsi, 21 ünvanında Amil Əliyevə məxsus mağazada;
Quba rayonunda
- Alekseyevka kəndində Elçin Allahverdiyevə məxsus mağazada;
- Quba şəhəri, 4-cü məhəllədə Emin Əliyevə məxsus mağazada;
Şabran şəhərində
- F.Xoyski küçəsində Qəribağa Kərimova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur
Digər Xəbərlər
02 May 2024 09:03
Şimal-qərb küləyi sabah axşamadək fasilələrlə davam edəcək - FAKTİKİ HAVA
01 May 2024 09:46Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15