adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Fevral 2018 17:41
11718
MƏMLƏKƏT

BU GÜNÜMÜZÜN XOCALISI

Bir anlıq ötən günlərə qayıdıram və düşünürəm ki,Xocalını görməyib, onun barəsində ancaq eşidib, telelentlər izləyən oxucularabu gün düşmən əsirliyində olan və məruz qaldığı soyqırım faktı dünya tərəfindənbirmənalı şəkildə hələ də qəbul olunmayan Xocalını günün gözüylə, zamanınsözüylə necə ifadə edim ki, mətləblər bütünlüklə diqqəti çəksin. Bax, bu çətin,amma ürəyimin səsiylə yazmaq istədiyim mövzünün ipucundan tutub dağlara tərəfyol gedirəm.

Çünki bir zamanlar, yəni 1992-ci ilin fevral ayının26-na qədər Dağlıq Qarabağın, Əsgəran qalasının yaxınlığında məskunlaşmış və qədimyaşayış məskəni kimi tariximizdə silinməz yeri olan Xocalı əslində indi dədağlara sığınıbdı. Az-çox tarixi mənbələrə üz tutan hər kəs bilir ki, bizim Azərbaycantarixinin "Quruçay" mədəniyyəti olduğu kimi, "Xocalı mədəniyyəti","Xocalı kurqanları" və digər tarixi faktlarla zəngin bir minillərəsinə gərə bilən yolu keçmiş bir şəhərin həyatı indi qaçqınlıq, köçkünlük acısınıçəkir. Doğrudur, ölkə prezidentinin demək olar ki, bütün diqqət və qayğısı ilə əhatəolunmuş xocalılar artıq müasir tipli şəraiti ürəkaçan və həm də insana dərdiniaz-çox unutduran bir qəsəbədə, daha doğrusu, bir çox ünvanlarda məskunlaşıblar.Ancaq onların daha çox sıx yaşadıqları və demək olar ki, Xocalı mühitiniköçürüb müvəqqəti də olsa gətirə bildikləri bir ünvan da var. Bu da Goranboyrayon mərkəzindən yarım saatlıq bir məsafədə yerləşən Ağcakənd qəsəbəsidi. Bugün həmin qəsəbədə xocalılar məskunlaşıb...


Dalğara sığınmış, axarlı-baxarlı bir yerdəsalınmış qəsəbə özünün görkəmi ilə dərhal diqqəti çəkir. Bu qəsəbədə tikilənevlərin ümumi görünüşü bir-birini tamamlayır. Xüsusilə bu evlərin həyətyanı sahələri,buradakı boy-boya vermiş meyvə ağacları özlərinin al-əlvan çiçəkləriylə yazın əngözəl müjdəçisinə çevriliblər. Baxdıqca göz, könül sevinir. Üstəlik də küçələringenişliyi, rahatlığı, səkilərin döşəmələri, yəni tametlər, həmçinin səki kənarıdivarların ağ layları, bir sözlə, Xocalı adlanan bu ünvanda hər şey təzədi, hərşey göz oxşayır.

Mən küçələri bir-bir gəzib dolaşıram. Burada məskunlaşandoğmalarımın söylədiklərindən öyrənirəm ki, adamlar burda özlərini iri şəhərlərinmüxtəlif inzibati binalarında, məktəblərdə, uşaq bağçalarında, yataqxanalarındakeçirdikləri günləri artıq unudublar. Çünki həmin o sıxıntılar, darısqallıq, həttaqaz, su, işıq problemi belə indi keçmişdə qalıbdı. Adamlar bir genişlik, birasudəlik qazanıblar. Ona görə də hər kəs ona dövlət tərəfindən verilmiş evin həyət-bacasındaözünə, ailəsinə uyğun təsərrüfat yaratmağa çalışır, kimi meyvə ağacları əkir,kimi bostan-tərəvəz məhsulları yetişdirir, bəziləri də heyvandarlığa, quşçuluğaüz tutubdu. Bütün bunlar isə ailə büdcəsinin sosial durumunun yaxşılaşmasındaöz sözünü deyir.

Xocalılar üçün salınmış bu qəsəbələrdə xüsusiləinsanları razı salan məqamlardan biri də rayon icra hakimiyyətinin, eləcə dədövlət qurumlarının hamısının buraya köçürülməsi, bu qəsəbədə yerləşdirilməsidi.Faktiki olaraq Xocalı rayonunun fəaliyyəti burada öz həllini tapıb. Ona görə dəhansısa bir arayış üçün, hətta ən kiçik bir sorğu üçün belə haralarasa üztutmağa ehtiyac yoxdu. Üstəlik də burada fəaliyyət göstərən məktəblər, səhiyyəvə mədəniyyət ocaqları da xocalıların, bütövlükdə isə ərazidə məskunlaşmışqaçqın soydaşlarımızın ixtiyarına verilib.

Maraqlıdır ki, qəsəbələrdə fəaliyyət göstərən məktəblərinyetirmələrinin, yəni şagirdlərin uğurları da ilbəil artır. Əgər konkret rəqəmlərləsöyləsək onda deyə bilərik ki, təkcə son illərdə ölkə prezidentinin sərəncamıilə Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbələrinsakinlərinin böyük əksəriyyəti Xocalıdan, Xocalı rayonundandılar. Yəni buinsanlar Xocalı rayonunun Kosalar, Başkənd, Yalova kəndlərindən didərgin düşənlərdi.Onlar üçün tikilmiş müasir tipli məktəblərin həm bina baxımından, həm də inventarlarlatəminat baxımından diqqət mərkəzində saxlanılması çox ürəkaçandı.

Xatırlatmaq yerinə düşər ki, xocalılıran indikidurumunun daha da yaxşılaşdırılması və onların haqq səsinin dünyayaçatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və fondunvitse-prezidenti Leyla xanım Əliyevanın xidmətləri danılmazdı. Xüsusilə Leylaxanım Əliyevanın "Xocalıya ədalət" çağırışı ilə dünyanın müxtəlif guşələrindəgerçəkləşən anımlar, Xocalının tanıdılması və Xocalı həqiqətlərininçatdırılması istiqamətində görülən işlərin bu şəhərin sakinlərinin həyatındaaçdığı izlər danılmazdı. Yəni Ağcakənddə, Goranboy ərazisində, eləcə də Azərbaycanınmüxtəlif güşələrində məskunlaşan xocalılar həm ölkə rəhbərliyinin, həm də HeydərƏliyev Fondunun onun haqqını bərpa etmək istiqamətində həyata keçirdikləriuğurlu və damalı siyasəti bəyənir, həm də alqışlayırlar.

Gerçək olan bir həqiqət də budur ki, bugününXocalısı ucaldılmış hündürmərtəbəli binaların əhatəsindəki xatirə kompleksindədə özünü bir daha təsdiq edir, tanıdır. Mən istər Ağcakənddə, istər Goranboyrayonunun Ağcakənd istiqamətindəki çıxışındakı qəsəbədə gördüyüm gerçəkliklərsübut etdi ki, bu gün Xocalı sözün bütün mənalarında yaşayır və bizimlə birlikdəöz haqq səsini dünyaya çatdırır.
Bəli, dağlara sığınmış bir qəsəbənin abadlığı, təminatı,burdakı insanların sosial problemlərinin çözümü Azərbaycan prezidenti İlhamƏliyev cənablarının regionların inkişafına dair dövlət proqramının tərkib hissəsikimi qurulmaqda və daha da müasirləşməkdədi. Birmənalı şəkildə etiraf etməklazımdır ki, bu gün xocalılar üçün sağlam qəsəbələr, buradakı abadlıq işləri,açılan iş yerləri heç də işğal altında olan Xocalını bizlərə unutdurmur. Əksinəmöhtərəm prezidentimiz İlham Əliyev cənablarının dediyi kimi, "Xocalısoyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir. Əfsuslar olsun ki, bucinayəti törədənlər hələ ki, ədalət qarşısında cavab verməyiblər. Amma o gün gələcəkdi.Mən şübhə etmirəm və əminəm ki, siz də Xocalıya qayıdacaqsınız".

Bəli, bu gün yeni ünvanda, dağlar qoynunda birXocalı tikilir, qurulur, abadlaşır. Burda həyat qaynayır, insanlar yeniXocalının sakinləri kimi onun yeni dövrünə imza atırlar. Rayon icra hakimiyyətininbaşçısı Şahmar Usubovun rəhbərliyi altında problemlərin həlli yollarınıaxtarırlar. İnanırıq ki, onlar bütün problemləri dəf edib ilk ünvanlarına, qədimXocalıya qayıdacaqları günə hazır olacaqlar.


Əbülfət MƏDƏTOĞLU