Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramıdır

Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur.
Adalet.az-ın məlumatına görə, 1920-ci ilin aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisi (TBMM) fəaliyyətə başlayıb.
Məclis 1920-ci ilin 23 aprel tarixində yerli vaxtla saat 13:45-də 115 millət vəkilinin iştirakı ilə açılıb. Həmin ilin aprelin 24-də Mustafa Kamal (1934-cü ildən Atatürk) yekdilliklə TBMM-nin sədri seçilib.
Artıq 105 ildir 23 aprel ölkədə Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd edilir. Bu gün ölkədə qeyri-iş günüdür.
Qeyd edək ki, Milli Suverenlik və Uşaq Bayramı Türkiyədən başqa Şimali Kipr Türk Respublikasında da rəsmi bayramdır.
Digər Xəbərlər

"Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq" - Paşinyan

Melaniya Ağ Evə gəlmir, onun da işlərini Tramp görür

Pakistanın daimi nümayəndəsi: Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk
