Bu gün İslamiadanın bağlanış mərasimi olacaq
Bu gün "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçiriləcək.
Adalet.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil olunacaq tədbir saat 21:00-da başlayacaq.
Mərasimdə İslamiadada iştirak etmiş ölkələrin keçidi olacaq, bədii proqram nümayiş etdiriləcək. Azərbaycan komandasının bayraqdarı cüdo üzrə Avropa və dünya çempionu Elxan Məmmədov olacaq.
Qeyd edək ki, "Bakı 2017"də 54 ölkə iştirak edib. Azərbaycan 75 qızıl, 50 gümüş, 37 bürünc mesalla İslamiadanın qalibi olub. Türkiyə isə 71 qızıl, 67 gümüş və 57 bürünc olmaqla, 195 medal qazanıb və kəmiyyətcə birinci yeri tutub. Oyunların açılış mərasimi mayın 12-də elə Bakı Olimpiya Stadionunda təşkil edilib.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00