adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Aprel 2024 11:32
239
GÜNDƏM

Bu gün Ermənistanla sərhədin demarkasiyasına başlanılacaq

Bu gün Qazaxın Azərbaycana geri qaytarılacaq 4 kəndinin ərazisində sərhədin demarkasiyası ilə bağlı işlərə başlanılacaq. 

Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb. 

"Baqanis-Voskepar hissəsində bu gün sərhədin demarkasiyası ilə bağlı işlərin aparılması planlaşdırılır", - deyə qeyd olunub. 

Bildirilib ki, ətraf ərazidə aparılan minalardan təmizləmə işlərinin təmin edilməsi və vətəndaşların yaxınlıqdakı minalanmış ərazilərə daxil olmasının qarşısının alınması məqsədilə Bağanis-Voskepar avtomobil yolu bağlanıb: "Bu gün Ermənistan-Azərbaycan təmas xəttində hər hansı dəyişiklik nəzərdə tutulmadığını vurğulayırıq. Sərhədin demarkasiyası başa çatdıqdan sonra sərhəd xəttinin mühafizəsi Ermənistanın sərhəd qoşunlarına təhvil veriləcək".