adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Sentyabr 2018 11:16
7447
MƏMLƏKƏT

Bu gün Buzovna və Albalılıq yaşayış massivində su olmayacaq

Bu gün Buzovna qəsəbəsi və Albalılıq yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumatda bildirilib.

Məlumata görə, həmin ərazilərdə içməli suyun verilməsində yaranacaq problem Sabunçu rayonunda yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.