"Bu, Ermənistan və Azərbaycan üçün birgə nailiyyətdir" - Paşinyan
"Qarşıdan gələn seçkilər çox vacibdir".
Adalet.az xəbər verir ki, bunu Ermənistanən baş naziri Nikol Paşinyan Almaniyaya rəsmi səfəri çərçivəsində Berlində Almaniya Xarici Əlaqələr Cəmiyyətində çıxışı zamanı deyib.
Paşinyan qeyd edib ki, həmin seçkilər ölkəsi, eləcə də region üçün tarixi fürsətdir: "Həqiqətən də, indi bizim davamlı sülhün bərqərar olması üçün misilsiz imkanımız var. Regionumuzun ölkələrinin suverenliyini, müstəqilliyini qorumaq və möhkəmləndirmək çox vacibdir"
Onun sözlərinə görə, bu sazişə təsir edən ən mühüm amillərdən biri region dövlətləri tərəfindən ümumi maraqların qarşılıqlı anlaşmasıdır: "Düşünürəm ki, ən mühüm amil bu sülh razılaşmasının yeni qavranılması, regionumuza yeni perspektivdir. Bu, həqiqətən də görünməmiş situasiya yaradır və biz özümüzü və ölkələrimizi daha müstəqil, daha suveren və daha təhlükəsiz etmək üçün bunun əsasında qura bilərik. Amma mən hesab edirəm ki, bu, Ermənistan və Azərbaycan üçün qarşılıqlı, birgə nailiyyətdir".
Digər Xəbərlər
03 Mart 2026 10:40
"ABŞ uzunmüddətli münaqişəyə girməyə hazırlaşmır"
03 Mart 2026 10:34
Ər-Riyaddakı ABŞ səfirliyi vuruldu - YENİLƏNİB
03 Mart 2026 10:11
"İran yeni nüvə obyektləri tikirdi" - Netanyahu
03 Mart 2026 09:52
İran bu məhsulların ixracını qadağan etdi
03 Mart 2026 09:23
"İran Hörmüz boğazından keçmək istəyən tankerləri vuracaq" - SEPAH generalı
02 Mart 2026 20:00
“Ən böyük əməliyyatlar yaxın vaxtda olacaq” - Trampdan İran üçün şok anons
02 Mart 2026 19:51
Bəhreyn İranın 70 raketini VURDU
02 Mart 2026 19:47


Bakı -°C

