BU, ERMƏNİLƏRİN SONUNCU BİCLİYİDİR
Müzəffər Ordumuz Qarabağı 24 saat ərzində erməni separatçılarından təmizləyəndən sonra düşünürdük ki, hər şey qurtardı. Amma deyəsən, qurtarmayıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları Xankəndində və ətraf rayonlarda keçirdiyi əməliyyat nəticəsində hər gün xeyli silah-sursat aşkarlanır. Əvvəl düşünürdüm ki, separatçılar qaçıb gedəndə bu silah-sursatı atıb gediblər. Amma indi görürəm ki, elə deyil. Baxın bu silah-sursat hardan tapılıb, harda gizlədilib? Məktəblərdə, uşaq bağçalarında, xəstəxanalarda, meşələrdə və sair və ilaxır. Son günlər DİN-in tapıb üzə çıxardığı silah-sursat bir orduya bəs edər. Hələ bu günlərdə də polis işçiləri Ağdərədə meşədə gizlədilmiş tank, BTR, raket qurğuları, mərmilər, qranatlar, onlarla avtomat və tapança aşkar etdilər. Bu silahlarla təxminən bir batalyonu silahlandırmaq olar.
Bəli, ermənilər gedərkən bu silahları qəsdən gözdən iraq yerlərdə gizlədiblər. Bilirsiniz niyə?
Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Konstitusiyamızı və vətəndaşlığımızı qəbul edən hər bir erməni geri qayıdıb öz ev-eşiklərində yaşaya bilərlər. Az da olsa indi belələri var, hətta televiziyalarımıza intervülər də verirlər.
O gün bir erməni qadın televiziyaya müsahibə verərkən Tuğdan Xankəndinə gəldiyini danışır və sonda da deyir ki, ermənilər onun avtomobilini zədələyiblər. Əslində sözündən belə çıxırdı ki, indi biz onun avtomobilini təmir edək. Qudurğan!
Bir də görəcəyik ki, minlərlə erməni planlı şəkildə Azərbaycan vətəndaşlığını qəbul etməyə razılıq verir və dönürlər Qarabağa, dünya da bunu alqışlayır. Biz də humanist xalqıq axı, onların vətəndaşlığını qəbul edirik.
Və nəticədə ermənilər yenidən doluşurlar Xankəndinə, Əsgərana, Ağdərəyə, bir az gözləyəndən sonra həmin gizlədilmiş silah-sursatı əlləri ilə qoyduğu kimi tapıb silahlanıb yenidən bir separatçı hərəkata başlayırlar. Və Avropa ölkələri də durur arxalarında. Biz onları həbs etdikcə tumanlarını başlarına keçirib «qoymayın, Azərbaycanda ermənilərin hüquqlarını pozurlar» deyə bar-bar bağıracaqlar.
Məhz bu silah-sursat onun üçün gizlədilib.
İnanırıq ki, Daxili İşlər Nazirliyinin əməkdaşları Qarabağda gizlədilmiş bütün silah-sursatı aşkar edəcək və bir də ona inanırıq ki, ermənilərin yalançı vətəndaşlığını qəbul etməyəcəyik.
Müsəlman deyillər ki, «Quran»ın altından keçirək, xristian da deyillər ki, «İncil»ə and içdirək.
Şeytanın dini, imanı olmur.