adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 May 2023 15:53
574
MƏMLƏKƏT

Bu ərazilərdən sel keçdi - FAKTİKİ HAVA

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 15:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında, Şərur, Ordubad, Balakən, Zaqatala, Qax, Altıağac, Şabran, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Xaltan, Quba, Salyan, Qazıməmməd, Qobustan, Göygöl, Gədəbəy, Daşkəsən, Ağstafa, Tovuz, Gəncə, Ağsuda şimşək çaxıb, arabir yağış yağıb.

Yağan leysan xarakterli yağışlarla əlaqədar 26 may saat 11:55-də Gəncəçay Alaxançallıda, saat 13:40-14:05 radələrində Aşağı Ağcakənd ərazisindən, saat 12:03-12:33 radələrində Gədəbəydən, saat 14:15 radələrində Gəncəçay-Zurnabaddan sel keçib.