Bu dondurmaları yeməyin - Siyahı
Bakıda dondurma istehsalında nöqsanlar aşkarlanıb.
İqtisadiyyat və Sənaye Nazirliyiyindən Adalet.az-a verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, I Mədən küçəsi, 87, 1288-ci məhəllə ünvanında yerləşən fiziki şəxs Məmmədov Arif Firudin oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə, istehlakçıların çaşdırılmasına səbəb olan dondurmaların istehsal edildiyi müəyyən olunub.
Yoxlama zamanı "Eskimo QOST”, "Plombir”, "Pətiqorskoe”, "Plombir SSSR” və "Maqnat Eskimo” adlı dondurmaların adları və ön tərəfindəki markalanma məlumatlarının istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəssürat yaradan formada yalnız xarici dildə verildiyi, habelə "Eskimo QOST”, "Plombir SSSR” və "Maqnat Eskimo” adlı dondurmaların markalanmasında keçmiş SSRİ-də istehsal olunan yüksək keyfiyyətli məhsullara tətbiq olunan keyfiyyət nişanından da istifadə edildiyi aşkar edilib.
Dondurmaların markalanmasında onların 1 nömrəli marka olması barədə qeyri-dəqiq reklam xarakterli və "Eskimo QOST”, "Plombir” və "Bakinskiy Plombir” adlı dondurmaların markalanmasında məhsulun qida və enerji dəyəri barədə düzgün olmayan məlumatların verildiyi müəyyənləşdirilib.
Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən fiziki şəxs Arif Məmmədov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Digər Xəbərlər
28 Aprel 2024 14:46
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27