Bu avtomobillərlə bağlı ƏDV güzəştinin müddəti artırılır

Vergi Məcəlləsinə dəyişikliklər layihəsi çərçivəsində sosial xarakterli dəyişikliklər sırasında hibrid avtomobillərə verilən güzəştlərin müddətinin artırılması nəzərdə tutulur.
Adalet.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev deyib. O bildirib ki, 2022-ci il yanvarın 1-dən mühərrik həcmi 2500 kub santimetrədək olan istehsal müddəti 3 ildən çox olmayan hibrid avtomobillərin ölkəyə idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib.
Bu güzəştin müddətinin 1 yanvar 2025-ci ildə bitməsi nəzərdə tutulurdu. Ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq, eyni zamanda “yaşıl artım ölkəsi” prinsipi nəzərə alınmaqla həmin güzəştin müddətinin daha 1 il uzadılması gözlənilir.
Digər Xəbərlər

Bakının tıxaclı yolları - SİYAHI

Texniki baxışdan yayınmayın

Avtomobillərin icbari sığorta bazarı böyüdü

Biz yolu keçə bilmirik

Nasaz avtomobillər yoldan götürülməlidir

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bakı küçələrində tıxac ARTDI - SİYAHI
