adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Noyabr 2017 12:49
13979
DÜNYA

Brüsseldə iğtişaşlar zamanı 70 nəfər saxlanılıb

Belçika paytaxtı Brüsseldə baş verən iğtişaşlar zamanı 70 nəfər saxlanılıb.

"RİA Novosti"-nin verdiyi xəbərə görə, iğtişaşlar Liviyaya qaytarılan miqrantlara dəstək aksiyası başa çatdıqdan sonra başlayıb. Otuzadək radikal gənc mağazaların şüşələrini qırmağa, polis maşınlarını daş-qalaq etməyə başlayıb.

İğtişaşların qarşısını almaq üçün su şırnaqlarından və helikopterdən istifadə edilib.

Ümumilikdə, 71 nəfər saxlanılıb. İğtişaşlar zamanı xəsarət alan olmayıb.